İqtisadi 16.02.2023 10:47

Əli Hüseynli: “Mingəçevir bölgənin enerji habına çevriləcək”

Məlum olduğu kimi, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından dərhal sonra Füzulidən Şuşaya qədər uzanan Zəfər yolunun tikintisinə başlamaqla  dinc quruculuq işlərinin yeni mərhələsinə start verildi, azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələri icra olunmağa başladı. Çox böyük maliyyə tutumlu olmasına baxmayaraq bu proses indi daha böyük vüsətlə davam etdirilir.

Bununla yanaşı, cənab İlham Əliyev ölkəmizin digər bölgələrinin inkişafına da böyük diqqət yetirir. Onun bu istiqamətdə imzaladığı fərman və sərəncamları silsilə xarakter daşıyır. Prezidentin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”də qarşıdakı dövrün əsas prioritetləri və icra mexanizmi öz əksini tapmışdır. Son illər ərzində sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının (İES) təməlqoyma mərasiminin keçirilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycanın bütün istiqmətlər üzrə  regionların bərabər templə, stabil, dinamik inkişafını hədəfləyir.

Məlumdur ki, bu müəssisə Mingəçevir şəhərinin ərazisində inşa ediləcəkdir. Onu da qeyd edək ki, Mingəçeviri Azərbaycanın və Qafqazın enerji mərkəzinə çevirən bu il 100 illik yubileyini qeyd edəcəyimiz ulu öndər Heydər Əliyev olmuşdur. Bu baxımdan təməlqoyma mərasiminin məhz “Heydər Əliyev ili”ndə keçirilməsinin bir rəmzi mənası da vardır.  Belə ki, onun təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən “Azərbaycan” İstilik Elektrk Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib. Bu stansiya sovet dövründə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılırdı. Məhz bu İES 1990-cı ilin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Yeri gəlmişkən, Mingəçevir İES-nın önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu.

Bu gün Mingəçevir şəhəri ölkənin ən iri sənaye mərkəzlərindən biridir. Ölkənin 60 faizdən çox elektrik enerjisini istehsal edən “Azərbaycan” İES və SES silsiləsi ilə yanaşı burada ən müxtəlif profilli sənaye müəssisələri faliyyət göstərir. Lakin keçid dövründə elektroenergetika sahəsinə baxımsız yanaşma və İES-nın istismar müddətinin başa çatması əlavə problemlər ortaya çıxarırdı. Buna görə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərbaycan” İES 2020-ci ildə tam yenidən qurularaq istismara verilib. Bununla da stansiya dayanmaq təhlükəsindən xilas edilib, etibarlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilib. Lakin hal-hazırda istismarda olan köhnə nəsil enerji bloklarının faydalı iş əmsalı çox aşağı olduğunu görə onun fəaliyyəti əlavə yanacaq sərfiyyatı və böyük izafi xərclərlə müşayiət olunur. Prezident İlham Əliyevin ötən il imzaladığı müvafiq sərancama əsasən “Azərenerji” ASC tərəfindən burada 1280 meqavat gücündə yeni elektrik stansiyasının tikilməsi barədə qərar da məhz bu səbəbdən irəli gəlir.

Qeyd edək ki, stansiyasının inşasına dünyaca məşhur şirkətlər cəlb olunmuşlar. Layihəyə əsasən, tikintidə İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang Electric” şirkətlərinin istehsal etdikləri avadanlıqlardan istifadə olunacaq. Yeni İES Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək və ölkəmizin enerji potensialı əhəmiyyətli dərəcədə güclənəcək.

Bu müəssisə, şübhəsiz, Avropanın enerji təhlükəsizliyinə və regionda ekoloji problemlərin həllinə də növbəti töhfə olacaq. Belə ki, Azərbaycan öz tələbatından artıq istehsal etdiyi elektrik enerjisini Avropaya nəql etmək imkanı əldə edəcək. Digər tərəfdən, yüksək səmərə yaradan avadanlıqlardan istifadə və yeni texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində böyük həcmdə yanaca qənaət olunacaq ki, bu da Avropaya ötürülən təbii qazın artırilmasını təmin edəcək. Daha bir üstünlük atmosferə zərərli tullantıların minimuma endirilməsidir. Prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında Azərbaycanın reallaşdırdığı enerji layihələrinin əhəmiyyətini çox yüksək qiymətləndirmişdir: “…Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik… Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır”.

2025-ci ildə yeni stansiyanın  istismara verilməsi ilə Mingəçevir şəhəri bölgənin enerji habına çevriləcək. Şübhəsiz, son illər Azərbaycanın ən sürətlə inkişaf edən regionlarından biri kimi Mingəçevir şəhəri bundan sonra daha cəlbedici bir məkan olacaq. Yeni layihənin reallaşması ilə gənclər şəhəri olan Mingəçevirin yeni, müasir və daha dolğun siması formalaşacaq. İnfrastrukturun təkmilləşməsi və yeni iş yerlərinin açılması əhalinin sosial rifahının yüksəlməsinə müsbət təsir göstərəcək, turizm sənayesinin inkişafı üçün münbit şərait  yaranacaq. Bir sözlə, təkcə mingəçevirlilər deyil, resbublikamızın bütün əhalisi yeni layihənin yaratdığı imkanlardan bəhrələnə biləcəkdir.

Əli Hüseynli – Milli Məclisin deputatı

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO