Siyasi 25.04.2023 10:43

Əli Hüseynli: “Tezliklə bütün Qarabağ üzərində rəsmi Bakının nəzarəti təmin olunacaq”

Ermənistan ordusunun hərbi birləşmələri Azərbaycana məxsus ərazidə silahlı təxribatlar törədir və Azərbaycan ordusunun layiqli cavab tədbirlərindən sonra məğlub duruma düşdüyü üçün qarşı tərəfi günahlandırmaqla Avropa İttifaqının müşahidəçilərini və beynəlxalq təşkilatları çaşdırmağa çalışır. Rəsmi İrəvan demarkasiya və delimitasiya proseslərinin ləngiməsi səbəbindən yaranmış qeyri-müəyyənlikdən sui-istifadə edərək ərazidəki Rusiya sülhməramlılarının dəstəyi ilə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirlər, konkret olaraq Qarabağda yerləşən erməni quldur dəstələrini silahlandırmaqda, əraziyə minalar daşınmaqda davam edirlər.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev beynəlxalq tədbirlərdə, çıxışlarında, görüşlərdə hər fürsətdə Ermənistana, Rusiya sülhməramlı kontingentinə bu təxribatların qarşısını qətiyyətlə alacağına və bunun üçün yüksək statusa malik nəzarət-buraxılış-məntəqəsinin təsis ediləcəyinin anonsunu verib. Azərbaycanın heç kimdən çəkinmədən müstəqil siyasət apardığını və beynəlxalq miqyasda güclü mövqeyə sahib olduğunu diqqətə çatdıran dövlətimizin başçısı hər zaman oduğu kimi, bu qərarı ilə həm də sözünün qüdrətini dünyaya nümayiş etdirdi, sözlə əməlin vəhdətinin daha bir nümunəsini ortaya qoydu.

Beləliklə, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi tam obyektiv arqumentlərə əsaslanır, Azərbaycanın suveren və legitim hüququdur. Cənab İlham Əliyevin güclü və inkaredilməz arqumentləri  sülhməramlı missiya ilə Qarabağ ərazisində müvəqqəti nəzarət funksiyasını yerinə yetirən və vasitəçi rolunda çıxış edən Rusiya tərəfinə də ciddi şəkildə çatdırılıb. Onlara məsələnin bu gün üçün bu format əsasında həllinin alternativi olmadığı barədə xəbərdarlıq edilib. Bununla, nəhayət, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni daşınmalara son qoyulur, bu yoldan istifadə etməklə yarana biləcək təxribatların qarşısına aşılmaz sədd çəkilmiş olur. Yaxın zamanlarda həmin yerdə gömrük postunun da qurulacağı barədə qərar verilib. Bu isə öz növbəsində ölkəmizin müstəqilliyini təhdid altına almağa çalışan qüvvələrə sərrast cavabdır. Ölkə rəhbərliyi tərəfindən ardıcılllıqla həyata keçirilən siyasi kurs və atılan diplomatik addımlarla yanaşı güç amilindən də bacarıqla istifadə olunması yekunda tezliklə bütün Qarabağ üzərində Bakının şəriksiz nəzarətinin təmin olunacağına şübhə yeri qoymur.

Əli Hüseynli – Milli Məclisin deputatı

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS