Gündəm 03.10.2019 12:42

Əlilliyi olan gənclərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: problemlər və perspektivlər” adlı iki günlük beynəlxalq konfrans keçirilir

Bakıda “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: problemlər və perspektivlər” adlı iki günlük beynəlxalq konfrans keçirilir.

Rakus.az xəbər verir ki, konfransda Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya və Litvanın dövlət qurumlarının nümayəndələri, dövlət və qeyri-dövlət reabilitasiya mərkəzlərinin rəhbərləri iştirak edirlər. Konfransda əlilliyi olan gənclərlə aparılan sosial işdə innovativ texnologiyaların tətbiqi, əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın müddəalarının təşviqi, monitorinqi və icrası, MDB və Avropa İttifaqı ölkələrində əlilliyi olan insanların məşğulluğu, peşəkar həyatı və əmək fəaliyyəti müzakirə olunur.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, əlilliyi olan insanlarla işin qurulması hər bir cəmiyyət üçün aktual olan mövzudur: “Nazirlik tərəfindən keçirilən “Şərq nağılı” festivalında əlilliyi olan gənclərin potensialının üzə çıxarılmasına şərait yaradılıb. Biz əlilliyi olan insanlarla bağlı müxtəlif yarmarkalar, dəyirmi masalar, konfranslar keçiririk. Çalışırıq ki, beynəlxalq tədbirlərdə əlilliyi olan gənclərimiz də təmsil olunsun. Onların Rusiya, Gürcüstan kimi ölkələrin müxtəlif təhsil ocaqları ilə əlaqələrinin qurulmasına şərait yaradırıq. Əlilliyi olan gənclərin asudə vaxtını təşkil etmək, ictimai həyatda iştirakına şərait yaratmaq və s. yalnız Gənclər və İdman Nazirliyinin üzərinə düşən məsələ deyil. Digər aidiyyəti qurumlar, ictimai təşkilatlar, beynəlxalq qurumlarla birgə çalışırıq ki, bu cür konfranslar vasitəsilə əməkdaşlıq, fikir mübadiləsini təmin etmək mümkün olsun”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə qeyd edib ki, bütün dünyada orta əlillik göstəricisi 15, Azərbaycanda isə 6,4 faizdir: “Gənclər arasında bu göstərici illər keçdikcə daha da azalır. Çünki əlil uşaqların doğulmasının, istehsalat qəzalarının qarşısının alınması istiqamətində işlər görülür. Digər əsas məsələ əlilliyi olan şəxslərin reabilitasiyasıdır. Bu işə də ölkəmizdə ciddi yanaşılır, bir çox qanunlar qəbul edilir”. Hadı Rəcəbli bildirib ki, əlilliyi olan olimpiyaçılar haqqında qanunla bağlı bir çox müzakirələr aparılıb və sonda qəbul edilib.

Komitə sədri qeyd edib ki, dövlət başçısı bu cür insanların sosial müdafiəsini təşkil etməklə bağlı iki qanun imzalayıb və onların müavinətləri 70 faiz artırılıb: “Ali təhsil alan əlil gənclərin təhsil haqqı ödənişi bu ildən dövlət tərəfindən həyata keçirilir. Bu cür tələbələrin sayı 8000-dir. Hazırda I və II qrup Qarabağ müharibəsi əlillərinin ailələrinin övladlarının təhsil haqqının dövlət tərəfindən ödənilməsi məsələsinin daha da genişləndirilməsi istiqamətində iş aparılır”.

Qeyd edək ki, “Əlilliyi olan gənclərlə sosial işin innovativ texnologiyaları: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın təşkilatçıları Gənclər və İdman Nazirliyi, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi və MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondudur (HƏDF). Konfrans çərçivəsində plenar iclas, bölmələr üzrə açıq müzakirələr, Azərbaycan rəsmiləri ilə görüşlər, əlilliyi olan insanlar üçün reabilitasiya mərkəzlərinə səfərlər və mədəniyyət proqramının keçirilmə

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS