Təhlil 16.01.2025 22:48

“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Paşinyanın Bakıya göndərdiyi Qərbi Azərbaycan təklifləri” adlı süjetdə Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində Qərbi Azərbaycana qayıdış strategiyası ilə bağlı səsləndirdiyi fikirlərdən bəhs olunur.

Bildirilir ki, dövlət başçısının müsahibəsi əslində rəsmi Bakının 2025-ci ildə xarici siyasət prioritetlərinin elan edilməsi məqsədi daşıyır və bir daha məlum oldu ki, Qərbi Azərbaycana qayıdış əsas istiqamətlərdən biridir. Bundan sonra əsas prioritet tarixi torpaqlara qayıdış olacaq. Qərbi Azərbaycan məsələsi beynəlxalq leksikona və gündəliyə daxil edilib. Azərbaycan Ermənistan hakimiyyətindən azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmağı tələb edir. Qərbi Azərbaycan İcmasının nümayəndələri Paşinyanla danışıqlar aparmaq üçün İrəvana gedə bilər.

Qeyd olunur ki, Prezident İlham Əliyev müsahibəsində azərbaycanlıların qayıdışı ilə bağlı son nöqtəni qoydu və dedi ki, Azərbaycan dövləti bu hədəfindən geri addım atmayacaq. Dövlət başçısının sözlərindən aydın olur ki, qayıdış məsələsini gündəmdən çıxarması üçün Azərbaycana təkliflər edilir. Görünür, Ermənistan və havadarları rəsmi Bakının bu tələbdən imtina etməsini istəyirlər. Lakin Prezident qətiyyətli mövqeyini bir daha ortaya qoydu: “Bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanla bağlı ciddi proseslər gedir və tarixi dəyişikliklərin astanasındayıq: “Prezidentin müsahibəsindən sonra erməni Baş nazir Nikol Paşinyanın təlaşlı açıqlamaları və Bakıya göndərdiyi qondarma “sülh təkliflərinin” böyük əksəriyyətini Qərbi Azərbaycana həsr etməsi diqqət çəkir. Ermənistanı narahat edən isə əslində Qərbi Azərbaycana qayıdışın reallığa çevrilməsidir.”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 16-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Təhlil / 16.01.2025 22:48
“Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər” - FOTO - VİDEO
Siyasi / 16.01.2025 16:15
Deputatdan açıqlama: “Azərbaycan Minsk qrupunun ləğvini tələb edir”
Mətbuat / 16.01.2025 14:46
Mərdlik və milli iradə – xalqın qəhrəmanlıq rəmzi
Siyasi / 16.01.2025 13:45
“Əliyev Paşinyandan vaxt tələb edir” – ANONS - VİDEO
Mətbuat, Təhlil, Video müsahibə / 16.01.2025 10:03
ABŞ və Ermənistan arasındakı xartiyanın pərdəarxası məqamları - FOTO - VİDEO
Mədəni / 15.01.2025 22:26
“Qədim xristian Udi- Alban icması bu gün ermənilər üçün böyük bəladır” - FOTO - VİDEO
Mədəni / 15.01.2025 13:22
“Alban əlifbası erməni yazısından qədimdir“ – ANONS - VİDEO
Siyasi, Sosial / 14.01.2025 22:25
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç – türk tarixinin izi - FOTO - VİDEO
Müsahibə, Siyasi / 14.01.2025 18:31
“Əgər yaxın gələcəkdə Ermənistan beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilərsə, sülh olacaq” - VİDEO
Təhlil / 14.01.2025 14:52
Bitən Bayden erası – ABŞ-ın Ermənistan aləti – TƏHLİL
Siyasi, Sosial / 14.01.2025 14:20
Beş tarixi məkanda silinməyən türk möhürü – ANONS - VİDEO
Müsahibə / 14.01.2025 13:35
Sülh sazişinin taleyi necə olacaq? – ANONS
Müsahibə / 13.01.2025 22:19
“Əsas vəzifələrimizdən biri də erməni yalanlarını beynəlxalq səviyyədə ifşa etməkdir” - FOTO - VİDEO
Mədəni, Sosial / 11.01.2025 22:51
“Ermənilərin üç dəfə dağıtdığı Terp kəndində qız toyu olmurdu” - FOTO - VİDEO
Mədəni / 11.01.2025 13:35
“Xarabalığa çevrilən Terpin tarixi – ANONS - VİDEO
Siyasi, Sosial / 10.01.2025 22:57
“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər” - FOTO - VİDEO
Siyasi / 10.01.2025 19:13
Rizvan Nəbiyev Bağdadda APA-nın iclasında iştirak edir 
Təhlil / 10.01.2025 16:49
General Prezident seçildi – regionda İran hakimiyyəti sıxışdırılır – TƏHLİL
Müsahibə / 10.01.2025 16:04
“Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir” - FOTO
Mətbuat / 10.01.2025 14:59
Şuşadan, Xankəndidən sonra yeni başlanğıc – MƏQALƏ
Siyasi, Sosial / 10.01.2025 13:22
“Şirazlının son şahidi – Simuzər Əhmədovanın “Həyat Hekayəsi” – ANONS
Siyasi / 10.01.2025 12:16
“Ermənistan Fransa tərəfindən yeni müharibəyə sürüklənir” - FOTO
Təhlil / 10.01.2025 10:01
Paşinyanın Qərbi Azərbaycan xofu – TƏHLİL
Siyasi, Təhlil / 09.01.2025 22:56
“Paşinyan son bir ildə bu məsələni Əliyevlə bir neçə dəfə qapalı görüşlərdə müzakirə edib” - VİDEO
Təhlil / 09.01.2025 17:21
Trampın istəyi – Kanada 51-ci ştat olacaqmı? – TƏHLİL
Hərbi / 09.01.2025 15:57
Sidqi Abbasov – Nərimanlıdan şəhidliyə gedən yol - FOTO