Siyasi 02.10.2025 23:32

Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Əliyevin BMT-dəki çıxışı Paşinyanı niyə narahat etdi?” adlı süjetdə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərin Cənubi Qafqazın və dünyanın gələcəyi baxımından xüsusilə əhəmiyyətindən bəhs olunur.

Bildirilir ki, 2020-ci ilə qədər BMT tribunasına üç dəfə çıxaraq erməni işğalına son qoyulması çağırışları edən Prezident İlham Əliyev nəhayət, bu il sentyabrın 25-də tribunaya ədaləti bərpa edən lider kimi çıxdı və dünyaya xitab etdi. Azərbaycan Prezidenti beynəlxalq hüququ təmin edən, dünyaya ədalətin sonda zəfər çaldığı inamını qaytaran lider kimi danışdı, qlobal çağırışlarla bağlı önəmli mesajlar verdi və dünyanın üzləşdiyi problemlərin həll yollarını təqdim etdi.

Qeyd olunur ki, BMT-də çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan isə daha çox Bakı-İrəvan arasındakı sülh danışıqlarından, Alma-Ata Bəyannaməsindən bəhs etdi. Məlumdur ki, Ermənistan adlanan dövlətin yerləşdiyi mövcud ərazilər Qərbi Azərbaycan torpağıdır və 1920-ci illərdə ermənilərə verilib: “44 günlük müharibədən sonra Qərbi Azərbaycan məsələsi xüsusilə aktuallaşdı, eləcə də öz yurdlarından deportasiya olunmuş soydaşlarımızın geri qayıtması gündəmə gəldi. Bu məsələlər Bakı-İrəvan sülh danışıqlarının kompenentlərindən biridir.  Ermənistan rəhbərliyinin hansısa narahatlığı heç nəyi dəyişmir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında istədiyinə nail olub,  azərbaycanlıların geri qayıtmasında hədəflərinə çatacaq”.

Paşinyanın BMT-dəki çıxışını tənqid edən İrəvan Dövlət Universitetinin “Avropa Araşdırmaları Mərkəzi”nin rəhbəri Vladimir Martirosyanın sözlərinə görə, Paşinyanın siyasəti davam edəcəksə, Ermənistanın mövcud olma müddəti 10 ildir.

“Hetq.am” saytındakı məqalədə bildirilir ki, Ermənistan heç bir müqavimət göstərməyəcək və azərbaycanlılar geri qayıdacaq: “Bu gedişlə Ermənistan 20-25 ilə yoxa çıxacaq”.

Sonda vurğulanır ki, rəsmi Bakının Qərbi azərbaycanlılarla bağlı tələbləri dəyişməyib: “Regionda davamlı sülhün əldə edilməsi üçün bütün problemlər, o cümlədən, azərbaycanlıların qayıdışı məsələsi həll edilməlidir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 2-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır?
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO
Gündəm / 27.09.2025 00:02
Azərbaycanda Anım Günüdür
Siyasi, Sosial / 26.09.2025 23:14
“Bizimlə dostluq edən erməniləri saqqallılar güllələyirdilər” - FOTO - VİDEO
Sosial / 26.09.2025 14:22
“Həsrət ürəyimizi parçalayır” – Şəfiqə Cəfərovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.09.2025 22:45
“Dördüncü respublika” Azərbaycanla sülhün başlanğıcıdır? - VİDEO
Siyasi / 25.09.2025 14:22
“Paşinyanın “dördüncü respublikası” – ANONS - VİDEO
Gündəm / 25.09.2025 11:30
Şəhid jurnalistlərin xatirəsinə 4-cü Ənənəvi Futbol Turniri başlayır - FOTO - VİDEO
Siyasi, Sosial / 24.09.2025 23:36
“Əvvəl erməni, sonra xristian” erməni kimliyinin əsas şüarıdır - VİDEO