Elman Rüstəmov vəzifəsində qaldı
Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Rakus.az xəbər verir ki, məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Sonuncu dəfə Milli Məclis Elman Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.
Prezident İlham Əliyev bu təyinatla bağlı 9 aprel 2015-ci il tarixində isəsərəncam imzalayıb.
Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdeyib ki, bugünlərdə cənab Prezidentin tapşırığı ilə yaradılan işçi qrupların birinə mən rəhbərlik edirəm: “Bank kreditləri ilə bağlı hazırda işlər gedir. Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”. (Report)