Siyasi 11.12.2019 21:00

Elmar Məmmədyarov Niderland jurnalına müsahibə verdi

Niderlandın “Diplomat Magazine” jurnalının dekabr buraxılışında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “Azərbaycan və Niderland: Qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri və onların perspektivləri” sərlövhəli məqaləsi dərc olunub.

Rakus.az xəbər verir ki, məqalədə 2019-cu ilin Azərbaycan Respublikası üçün xarici siyasət baxımından əlamətdar mərhələ olduğu bildirilir.

Nazir diplomatiyamızın tarixindən yazaraq qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatı 1919-cu il iyulun 9-da qəbul edib. Prezident İlham Əliyevin Sərəncamına əsasən həmin gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir. Bu gün həmin tarixdən 100 il keçir.

Məqalədə ötən 100 il müddətində müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycanın öz müstəqilliyini elan etməsi, sonradan itirməsi və 1991-ci ildə yenidən bərpa etməsi, son 30 ilə yaxın bir müddətdə həm bölgədə, həm də dünyada öz mövqelərini möhkəmləndirməsi diqqətə çatdırılır. Vurğulanır ki, bu gün diplomatlarımız ölkə rəhbərliyinin müdrik siyasəti sayəsində Azərbaycanın əməkdaşlıq əlaqələrini genişləndirməklə onun milli maraqlarını dünyada uğurla müdafiə etməkdə davam edirlər.

Bildirilir ki, Azərbaycan öz müstəqilliyini bərpa etdiyi dövrdən Niderland onun ənənəvi tərəfdaşlarından biridir. İki ölkə qarşılıqlı faydalı şəkildə əməkdaşlıq edir. Buna görə də diplomatik xidmətin yüz illiyinin qeyd olunması həm ikitərəfli münasibətlərə nəzər salmaq, həm də bu günə qədər əldə olunan uğurları qiymətləndirmək üçün gözəl imkandır. Azərbaycan Niderlandı həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərdə yaxın müttəfiq və etibarlı tərəfdaş hesab edir. Ölkələrimiz arasında diplomatik münasibətlərin əsası 1992-ci il aprel ayının 1-də qoyulub və son 27 il ərzində yüksələn xətt üzrə inkişaf edib. Münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət üzərində qurulub. İki ölkə arasındakı əməkdaşlıq ticarət, logistika, kənd təsərrüfatı, təhsil, turizm və s. sahələri əhatə edir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 181,83 milyon ABŞ dolları olub. Niderland Azərbaycanın qeyri-neft sektoruna başlıca sərmayəçilərdən biri olaraq qalır. Niderland şirkətləri logistika, nəqliyyat, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr həyata keçirir.

Qeyd edilir ki, son illər turizm sektorunda da inkişaf dinamikası müşahidə olunur. Getdikcə daha çox niderlandlı turistlər öz tətillərini Azərbaycanda keçirməyə üstünlük verirlər. Azərbaycanda Formula 1 yarışlarının keçirilməsi Niderland azarkeşlərinin ölkəmizə marağının artmasına səbəb olub.

Bildirilir ki, iki ölkə arasında təhsil sahəsində də əlaqələr inkişaf edir. Bu baxımdan, ADA Universiteti ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında əməkdaşlıq qeyd edilir.

Məqalədə vurğulanır ki, bütün bunlar Niderland və Azərbaycan arasındakı uğurlu əməkdaşlığın sadəcə bir neçə nümunəsidir. Bir çox nailiyyətlər əldə edilsə də, hələ də əməkdaşlıq üçün böyük potensial var. Avropa İttifaqının əsasını qoyan ölkələrdən biri olan Niderland ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın balanslaşdırılmış xarici siyasət prinsiplərinə tam uyğundur.

Nazir Elmar Məmmədyarov, həmçinin Azərbaycanın xarici siyasətində qonşularla və başqa ölkələrlə mehriban münasibətləri, qarşılıqlı mənafelərə söykənən bərabər dialoq və əməkdaşlığı əsas götürdüyünü vurğulayır. Azərbaycanın xarici siyasətinin prioritetləri barədə ətraflı məlumat verən nazir qarşıya qoyulan hədəflərə çatmaq üçün ölkəmizin həm Niderland, həm də Avropa İttifaqına daxil olan digər tərəfdaşlarla münasibətlərini bundan sonra da davam etdirəcəyini bildirir.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO