İqtisadi 23.05.2020 12:25

Əməkhaqqı kartları ilə bağlı yoxlamalar başladı – ƏƏSMN

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan ödənişli ictimai işlər proqramı sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğuna dəstək verilməsində mühüm rola malikdir. Proqramın icrasında şəffaflığın və güclü nəzarətin təmin olunması barədə dövlət başçısının göstərişinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlər görülür.

Rakus.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki “DOST İş Mərkəzi” işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əmək haqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən təqdim edilmiş işsiz şəxslərin siyahıları əsasında həmin şəxslər ictimai işlərə (abadlaşdırma, yaşıllaşdırma, təmizlik, ictimai yerlərə qulluq, hazırkı dövrdə dezinfeksiya və s.) cəlb olunur, onlarla “DOST İş Mərkəzi” arasında əmək müqaviləsi bağlanır. Hər bir işçi üçün əməkhaqqı kartı sifariş olunur və kartı yalnız şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan götürür.

İcra hakimiyyətləri, onların tabeliyindəki icraçı qurumlarla (kommunal təsərrüfat idarə və birlikləri) “DOST İş Mərkəzi” arasında bağlanmış Sazişə əsasən, işçilərin nizam-intizamına və gündəlik fəaliyyətinə icraçı qurumlar birbaşa cavabdehlik daşıyır. Hər ayın sonu onların təqdim etdiyi davamiyyət cədvəllərinə əsasən ictimai işçilərin əməkhaqqları onların kartlarına köçürülür.

Ötən il “DOST İş Mərkəzi” tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib.

2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb.

“DOST İş Mərkəzi” tərəfindən ictimai iş yerlərində keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə cıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib.

Nazirliyin digər fəaliyyət sahələri üzrə olduğu kimi, ödənişli ictimai işlərin təşkili ilə bağlı da ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO