Təhsil Nazirliyində yeni təyinat olub.
Rakus.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Elnur Nəsibov nazirin müşaviri təyin edilib.
O, bu barədə öz sosial şəbəkədə yazıb.
E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.