Ən ucuz ət və meyvə bazarı - FOTO
Qubada Yeni il qabağı və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilib.
Rakus.az xəbər verir ki, İstiPress-in şimal bürosunun məlumatına görə, yarmarkaya rayonun özəl müəssisələrindən və 31 icra nümayəndəliyindən 50 ton məhsul çıxarılıb.
Quba şəhər sakinləri bu gün səhər saatlarından bayram yarmarkasına üz tutublar. Alıcıların sözlərinə görə, bazarla müqayisədə burada bütün məhsullar 15-20 faiz ucuz satılıb. Məsələn: bazarda kiloqramı 10-11 manata olan mal əti yarmarkada 8 manat, kiloqramı 13 manata olan qoyun əti 10 manata təqdim olunub. Bazarda 2 kiloqramı 1 manata satılan alma burada alıcılara 5 kiloqramı 1 manata satılıb. Süd, tərəvəz məhsullarında da xeyli ucuzluq qeydə alınıb.
Qubanın bayram yarmarkası sabah da rayon sakinlərinin istifadəsində olacaq.