Ənənəvi Futbol Turnirində 2-ci tur başlayır
Zəfər Günü (8 Noyabr) münasibətilə sabah, oktyabrın 21-də Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 2-ci Ənənəvi Futbol Turnirində 2-ci turun oyunlarına start veriləcək.
Rakus.az xəbər verir ki, bu gün A qrupu üzrə bir qarşılaşma olacaq. “Loru-Borçalı” ilə “Qərbi Azərbaycan” saat 19:30-da üz-üzə gələcək.
Komandaların heyətləri belədir:
“Loru-Borçalı” – Hidayət Xuduyev, Şah Xasıyev, Pərvin Musayev, Elşən Nəsibov, Səhman Xasıyev, Elçin Nəsibov, Anar Verdiyev, Elçin İsmayılov, Nəcəf Nəcəfzadə, Rasim Dəmirçəlli, Elvin İsmayılov, Orxan Qhramanov.
“Qərbi Azərbaycan” – Fuad İsmayılov, Ramin Qurban, Abbasəli Yadigarov, Balamir Əzimov, Elnur Salahov, Ziya Ağayev, Xəzər Əzizov, Roman İsmayılov, İlkin Cavanşirov, Rəşad Xudiyev, Hikmət Əhmədov, Hümmət Məmmədov, Elmir Səftərov, Fərid Səlimov, Səlim Rəhimzadə.
Oktyabrın 22-də isə A və B qrupu üzrə 3 qarşılaşma olacaq.
B qrupunda saat 19:00-da “Çəmbərək” “Zəngəzur”u, saat 20:00-da A qrupunda “İrəvan” – Göyçə”ni, saat 21:00-da isə B qrupunda “Ardanış” – “Qaraqoyunlu”nu imtahana çəkəcək.
Heyətlər belədir:
“Çəmbərək” – Azər Hüseynov, Emin Qasımov, Qasım Məmmədov, Ramiz Hüseynov, Tariq Qasımov, Nicat İbrahimov, Vüsal Hüseynov, Azər Məmmədzadə, Ramazan Abbasov, Vüqar Hüseynov, Azad Əliyev, Murad Məmmədov.
“Zəngəzur” – Cavidan Şükürov, Fərid Ramazanov, Lətif Qədimov, Tural Məmmədli, Xəqani Əlirzayev, Fərid Səttarzadə, Sərxan Mustafayev, Famil Məmmədov, Azər Manaflı, Sadiq Nağıyev, Əkbər Kazımov, Anar Əhmədov.
“İrəvan” – Emin Zeynalov, İsmayıl Babayev, Ümman Ağamalıyev, Ceyhun Bayramov, Ceyhun Şirinli, Turqay Babayev, Rafail Abbasov, İlkin Ələsgərov, Elyar Həsənov, Ülvi Əliyev, Rauf Əmiraslanov, Valeh Mehrəliyev.
“Göyçə” – Məcnun Məmmədov, Əfqan Əliyev, Şirazi Rüstəmoğlu, Cəlal Məmmədov, Xəqani Mazanov, Ramin Məmmədov, Samir Həsənov, Cavid Məmişov, Tahir Ələsgərov, Abdulla Mustafayev, Məhəmməd İsmayılov, Emil Hümbətov.
“Ardanış” – Aqil Qurbanov, Şükür Məmmədalıyev, İsa İsayev, Araz Qurbanov, Kamran Əhmədli, Emin Ələsgərov, Zaur Hüseynov, Emin İmaməliyev, Bayram Süleymanov, İsrafil İsmayılov, Hüseyn Qarayev, Abdul Nağıyev.
“Qaraqoyunlu” – Natiq Vəliyev, Elvin Bayramov, Orxan Gülməmmədli, Sirac Məmmədli, Ayxan Abbasov, Əli Quliyev, Rəşad Məmmədalıyev, Elmar Bağırov, İmaməddin Zeynalov, Rəşad Quliyev, Əsgər İbrahimov.
Qarşılaşmalar Bakı Tennis Akademiyasında keçiriləcək.
Xatırladaq ki, Ardanış Futbol Akademiyasının və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının və Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il turnirdə 8 komanda – “Qərbi Azərbaycan” (AZƏRTAC), “Zəngəzur” (AzTv), “İrəvan” (Vəkillər Kollegiyası), “Göyçə”, “Loru-Borçalı”, “Qaraqoyunlu”, “Çəmbərək” və “Ardanış” adı altında mübarizə aparacaq. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTv təmsil edir.
Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTv, “Report” İnformasiya Agentliyi və Rakus.az saytı verir.
21 oktyabr
II tur
A qrupu
19:30 “Loru-Borçalı” – “Qərbi Azərbaycan”
22 oktyabr
B qrupu
19:00 “Zəngəzur” – “Çəmbərək”
A qrupu
20:00 “İrəvan” – “Göyçə”
B qrupu
21:00 “Ardanış” – “Qaraqoyunlu”