Ərazisi və əhalisi param-parça edilən mahal – ANONS - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə xalqımıza məxsus minlərlə tarixi -mədəni və yaşayış yerləri dağıdılan, əhalisi isə param-parça edilən Zəngibasar mahalı haqqında süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, “Ərazisi və əhalisi param-parça edilən Azərbaycan mahalı” adlı süjetdə son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və məşəqqətlərə məruz qaldığı, mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınıb, kütləvi qətl və qırğınlara məruz qaldığı vurğulanır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında sentyabrın 6-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.