Montre sazişinin müddəaları hələ layihələndirilmə mərhələsində olan İstanbul kanalına şamil olunmayacaq.
Rakus.az xəbər verir ki, bunu Prezident Milli Kitabxanasında tələbələrin suallarını cavablandıran Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“İstanbul kanalının Montre sazişi ilə heç bir əlaqəsi yoxdur. Bu layihə bizim üçün ciddi bir nailiyyət olacaq və Bosfor boğazının yükünü azaldacaq”, – prezident bildirib.
R.T.Ərdoğan həmçinin qeyd edib ki, Qara və Mərmərə dənizlərini birləşdirəcək yeni su arteriyası Türkiyənin müstəqilliyi və suverenliyini daha da möhkəmləndirəcək.
Xatırladaq ki, 1936-cı ildə İsveçrənin Montre şəhərində imzalanan razılaşmaya əsasən, ticarət gəmilərinin boğazlardan keçidi sərbəst, hərbi gəmilərin keçidi isə bəzi şərtlərə bağlıdır.