Siyasi 24.10.2023 19:05

“Erməni alimləri yazırlar ki, tarixdə “Böyük Ermənistan” olmayıb” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhrəmov olub.

O, Qərbi Azərbaycanın coğrafi-siyasi məkan kimi tarixindən və əhəmiyyətindən söz açıb, İrəvan quberniyasının ərazisində 199 kəndin ermənilər tərəfindən dağıdıldığını, Müsəlman Milli Şurasının İrəvanı ermənilərə vermək qərarından danışıb.

Onun sözlərinə görə, sovet Rusiyası daşnak Ermənistan ilə gizli danışıqlar aparırdı: “Azərbaycan KP MK-sının icraçı katibi, Bakı Fəhlə və Qırmızı Ordu Əsgərləri Sovetinin sədri, Azərbaycan KP MK bürosunun üzvü olan  Qriqori Kaminskinin təşəbbüsü ilə Zəngəzurun qərb hissəsi Ermənistan SSR-ə verildi. 1926-1929-cu illərdə Levon Mirzoyan Azərbaycan SSR-nin başçısı oldu. On il ərzində Ermənistanın ərazisi 29,8 min kv. Kilometrə çatıb”.

Tarixçi-alim deyib ki, İrəvan şəhərinin ermənilərə verilməsi ilə bağlı hüquqi əsası olan heç bir sənəd yoxdur: “Torpaqların verilməsinə qərar veriləndə Azərbaycan xalqından soruşulmayıb. Referendum keçirilməyib. Bizim torpaqların Ermənistana verilməsi ilə bağlı qəbul edilmiş qərarları ləğv etmək hüququmuz var”.

C.Bəhrəmov ermənilərin “Böyük Ermənistan” iddiasına da aydınlıq gətirib: “Erməni alimləri özləri yazır ki, tarixdə “Böyük Ermənistan” olmayıb. Böyük bir ölkənin ən azı bir xüsusiyyəti olmalıdır. Cənubi Qafqaz ərazisində Ermənistanın olmadığını sübut etmişik. Ermənilər azərbaycanlıların hüquqlarını pozaraq onları deportasiyaya məruz qoyub. Ermənistan bütün cinayətlərə görə ən yüksək səviyyədə cavab verməli olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 24-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO