Maraqlı 31.05.2024 22:16

“Erməni nazir dedi ki, yaxşı işi sizə yox, öz ermənilərimə verərəm” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Göy məsciddə namaz qılanda ermənilər bizə daş atırdılar” adlı veriliş 90 yaşlı İrəvan şəhər sakini Rəfiqə Məmmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illərindən, İrəvan Pedoqoji İnstitutu bitirdikdən sonra həyat yoldaşı ilə Dərələyəz rayonunun Qovuşuq kəndində 10 illik məktəbdə üç il işlədiyini, yenidən İrəvan şəhərinə qayıtdıqlarını, işlə təmin edilmədiklərini deyib: “Biz nazirliyə getdik  dedik ki, bizə iş verin, işləyək. Nazir bizə baxdı və çox qeyzlə dedi ki,  siz azərbaycanlısınız, sizə iş vermərəm. Çünki o işi mən elə öz ermənilərimə verərəm. Yaxşısı budur ki, başınızın çarəsini qalın və öz yerinizə, yurdunuza çıxın gedin”.

Onun sözlərinə görə, məktəb illərində Dərələyəz, Dərəçiçək, Göyçə mahallarına istirahətə getdiklərini, o illərin çox gözəl keçdiyini söyləyib: “Ancaq orada azğın ermənilər öz mənfur sıfətləri ilə bizi orada yaşamağa icaza vermədilər. Böyük sahədə bağımız var idi, ucu-bucağı görünmürdü. Gəldilər həmin bağın bir yanını sökdülər və iki dərə arasından körpü saldılar və adını da Razdan qoydular. Bizim bütün torpaqlarımızı əlimizdən aldılar. Erməni dili müəllimimiz var idi, bizi heç sevmirdi, qiymətimizi kəsirdi, ədavət aparırdı. Su gətirəndə erməni uşaqlar yerdəki palçığı, daşı, çör-çöpü suyun içinə tökürdülər”.

R.Məmmədova ata-anasının və özünün şahidi olduğu erməni məkrliyindən də danışıb: “Atam həmişə ermənilərin azğınlığından, onların törətdiyi vəhşiliklərdən danışırdı. Anam deyirdi ki, 1918-ci ildə ermənilər bizim camaatımızı diri-diri torpağın altına basdırıb üstünü örtüblər. Erməni qadın türkcə danışdığımız üçün məni və əmim oğlunu  tramvaydan düşürdü dedi ki, türkcə danışanların səsini eşitmək istəmirəm. Ermənilər İrəvanda bütün adları dəyişib öz adlarını qoyurdular. Göy məsciddə namaz qılanda ermənilər bizə daş atırdılar”.

R.Məmmədova Vətən həsrəti ilə yaşadığını, qədim İrəvanı hər zaman yuxuda gördüyünü vurğulayıb: “Vaxt gələcək biz öz İrəvanımıza, öz evimizə gedəcəyik. Mənim 90 yaşım var, yenə də doğma İravanıma getməyi çox arzulayıram. İrəvana getsəm, oranı qarış-qarış gəzəcəm. Cavanlarımız arzu edirlər ki, İrəvana getsinlər, oranı Azərbaycan məkanı kimi yenə düzəltsinlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 31-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO