Maraqlı 26.04.2024 21:32

“Erməni qızı ilə mahnı oxuduğuma görə konsert yarımçıq qaldı” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, “Erməni kəndləri ilə digər kəndləri məqsədli şəkildə birləşdirirdilər” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının, Qarakilsə (Sisian) rayonunun, Sofulu kənd sakini Əlövsət Quliyevin həyat hekayəsinə həsr olunub.

 

O, doğulduğu, boya-başa çatdığı kəndin təbiətindən, orada keçirdiyi uşaqlıq, orta məktəb, gənclik illərindən, toy və milli oyunlardan danışıb: “Biz Zəngəzur sıra dağlarının ətəyində idik. Uşaqlıqda oranı qarış-qarış at belində gəzmişəm. Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara düşürdü”.

Onun sözlərinə görə, 1918-ci illərdə Andranikin dəstələri Hortagiz kəndini xarabalıqlara çevirib, dağıdıblar: “Kəndin hər tərəfini mühasirəyə alıb bir yerdən çıxış qoyublar ki, guya oradan çıxsınlar. O tərəfdən isə onları öldürürüblər. Babamgil bizə danışırdılar ki, o vaxt Sofulu kəndinə də ermənilər hücum ediblər. 1901-1908-ci illərdə bir köç olub, 1918-ci ildə təkrar hücum ediblər. Əmim qundaqda uşaq kimi Naxçıvana gedib, sonra yenidən qayıdıblar. Kəndlərdən bizim xalçaları ermənilər oğurlayıblar. Erməninin etibarı yoxdu. Biz 11-ci sinifdə oxuyanda artıq  təbəqələşmə gördük. Məktəbə gedirdik ermənilər yolda balaca uşaqları öyrədirlər gəlib bizə daş vurur, daş atırdılar. Bizdə uşağa nəsə edəndə divarın dalından çıxıb bizə hücum edirdilər ki, uşağı niyə vurursan. Bax, bu cür həyasız metodlar edirdilər”.

 

Ə.Quliyev 1972-1973-cü illərdən sonra kənddə şagirdlərin sayı tədricən azalırdı, 1980-ci illərdə siniflərə uşaq çatmırdı: “İşıqlar, Qızıl-Şəfəq, Sofulu, Murxuz kəndlərini bir sovxoz elədilər. Ondan sonra erməni kəndi ilə digər kəndləri birləşdirdilər və düşünülmüş formada bizim deportasiya 1960-cı illərin sonunda başladı. Orta məktəblərdə erməni dilini qadağan etdilər, təyinat alıb gələn azərbaycanlıları qoymurdular”.

O, doğma yurda qayıtmağı çox istədiyini də söyləyib: “İnsan harada doğulubsa, ora qayıtmalıdır. Əzizlərinin qəbirləri, ruhları ordadır. O ruhlar bizi hər an narahat edir. Torpaq, Vətən itirmiş adamların daxilində həmişə bir niskil var. Mən o yerləri eşindəndə kövrəlirəm, gərginləşirəm, yaşıdlarım, itirdiklərim yadıma düşür. Əminəm ki,  torpağı olmayan ermənilər gec-tez Azərbaycan torpağından gedəcəklər. Zəngəzur dəhlizi də açılacaq. Biz Bakıdan öz maşınlarımızla Qarakilsəyə, Göyçəyə gedəcəyik. Həmin bulaqlar, dağlar, çaylar bizi gözləyir. Öz yurdlarımızda bizim gənclərimiz ev də tikəcək, yurd da salacaqlar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO