Müsahibə 25.12.2023 21:16

“Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı”- MÜSAHİBƏ

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti müsahibə hazırlanıb.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov olub.

O, vaxtilə ailəsi ilə birlikdə yaşadığı İrəvan şəhərinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb, uşaqlığının keçdiyi bu qədim və tarixi Azərbaycan şəhərində yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb.

T.Qasımov bildirib ki, İrəvanda keçirdiyi illər həyatının ən xoş və mənalı anlarıdır. “Tarixi torpaqlarımıza qayıtmaq hər birimizin haqqıdır”, – söyləyən müsahib Qərbi Azərbaycanda soydaşlarımıza qarşı bəslənilən ögey münasibətdən, diskriminasiya və ayrı-seçkilikdən söhbət açıb. Bildirib ki, 1980-ci illərdə saqqallı ermənilər tərəfindən İrəvanda məscid və məktəbi yandırılıb, təhsil müəssisəsi daş-qalaq olunub, evlərə hücumlar təşkil edilib. Bunun da nəticəsində həm məktəbdəki azərbaycanlı müəllimlərin və şagirdlərin, həm də ümumilikdə İrəvanda yaşayan soydaşlarımızın həyatı təhlükə qarşısında qalıb.

Onun sözlərinə görə, qonşuluqda yaşayan erməninin onların evindən ulu öndər Heydər Əliyevin şəklini oğurlayıb: “Bir Azərbaycan türkü kimi ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyində təmsil olunması, böyük hörmət və nüfuz qazanması erməniləri daim narahat edib. 35 ildir Qərbi Azərbaycan həqiqətlərini araşdırıram, bu barədə filmlər çəkmişik, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq niyyətində olmuşuq. İrəvanın azərbaycanlılara məxsus olmasını zaman-zaman ermənilərin özləri də etiraf ediblər”.

Bir müddət əvvəl İrəvana gizlin səfər edən, vaxtilə yaşadığı binanın həyətində çəkilişlər aparan T.Qasımov şəhərdə gördüyü acınacaqlı vəziyyətə də diqqət çəkib. Bildirib ki, yoxsulluq, kədər, ümidsizlik ermənilərin üzlərindən oxunur, həyat tərzlərindən görünür. O, Azərbaycan ərazilərinin Ermənistan işğalı altında saxlanıldığı 30 ilə yaxın dövr ərzində təbiətimizə qarşı genişmiqyaslı terror həyata keçirildiyini vurğulayıb.

süjetində:

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 25-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO