Müsahibə 19.12.2023 19:05

“Erməni tarixçiləri də Njdenin qanlı hərəkətlərini təsdiq edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti müsahibə efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Dünya tarixi” şöbəsinin müdiri İradə Bağırova olub.

O, Azərbaycan cəmiyyətində siyasi fəallığın artmasının tarixindən,  XX əsrin əvvəllərində Azərbaycanda baş verən siyasi proseslərin, inqilabi hərəkatın müasir tarixşünaslığa təsirindən, o dövrdə Qərb ölkələrinin buna münasibətindən söz açıb.

Tarixçi alim o dövrdə baş verən proseslər nəticəsində Azərbaycan torpaqlarının bölünməsi, indiki Ermənistanın yaradılmasından danışaraq deyib ki, Azərbaycan torpaqlarının bölünməsi o dövrdəki bütün qəzalarda milli azadlıq hərəkatına səbəb olub: “Tarixçilərin məxfiləşdirilmiş materiallara çıxış əldə etməsi nəticəsində 1918-ci ilin martında azərbaycanlıların soyqırımı ilə bağlı məxfi sənədlərin hamısı açılıb. O dövrdə ermənilər Bakı və ya Tiflisi paytaxt kimi görmək iddiasında idilər. Azərbaycan ərazisi öz arzusu, istəyi ilə bölünməyib. Dünya böyük güclər tərəfindən bölünürdü. Hər imperiya özünün xüsusi marağını və  mənfəətini güdürdü. 1918-1920-ci illərdə ermənilərlə bizim bir neçə toqquşmamız olub. Erməni tarixçilərinin özləri Qaregin Njdenin qanlı hərəkətini və Azərbaycan kəndlərini dağıtmasını təsdiq edirlər. Türklər ermənilərə qarşı heç bir soyqırımın olmadığını sübut etmək üçün bütün arxivlərin açılmasını həmişə tələb edirlər”.

İ.Bağırova ermənilərin Qafqaza gəlişi ilə bağlı faktlara da toxunub, müxtəlif səviyyəli beynəlxalq elmi tədbirlərdə  erməni tarixçiləri və ya alimləri ilə müzakirələr zamanı onlarla “dil tapmağın” mümkün olmadığını vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə dekabrın 19-da saat 18:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

«Турки настаивали на раскрытии архивов, чтобы доказать, что «геноцида армян» не было»» – Хроника Западного Азербайджана

Сегодня по Бакинскому телевидению в рамках проекта «Хроника Западного Азербайджана» вышло очередное интервью на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван была Ирада Багирова, доктор исторических наук, заведующая отделом “Всемирной истории” Института истории имени А.Бакиханова.

Она рассказала об истории подъема политической активности в азербайджанском обществе, влиянии политических процессов и революционного движения в Азербайджане начала ХХ века на современную историографию, об отношении западных стран в то время.

Говоря о разделе азербайджанских земель и создании нынешней Армении в результате происходивших в то время процессов, ученый-историк отметила, что раздел азербайджанских земель привел к национально-освободительному движению во всех уездах. «В результате получения историками доступа к секретным архивным материалам, были раскрыты факты о геноциде азербайджанцев в марте 1918 года. В то время армяне в качестве столицы претендовали на Баку и Тбилиси. Территория Азербайджана не была разделена по своей воле. Мир был разделен великими державами. Каждая империя преследовала свои особые интересы и прибыль. В 1918-1920 годах у нас было несколько столкновений с армянами. Сами армянские историки подтверждают кровавые действия и разрушение азербайджанских сел Гарегином Нжде. Турки настаивали на раскрытии архивов, чтобы доказать, что «геноцида армян» не было. И.Багирова также коснулась фактов прихода армян на Кавказ и подчеркнула, что невозможно “найти язык” с армянскими историками или учеными в ходе дискуссий на политические темы на международных научных мероприятиях различного уровня.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

Программа вышла 19-го декабря в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO