İqtisadi 10.10.2020 13:52

Erməni təxribatı kənd təsərrüfatında böyük itkilər yaradır – BƏYANAT

Kənd Təsərrüfatı Nazirliyi Ermənistanın Azərbaycan Respublikasına qarşı həyata keçirməkdə olduğu hərbi təxribatlarını qətiyyətlə qınayıb.

Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı şəhər və rayonlardakı mülki əhalinin davamlı olaraq atəşə tutulması nəticəsində 3-ü uşaq olmaqla, 31 mülki şəxs həyatını itirib, 168 nəfər yaralanıb.

Bildirilib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı rayonlarının təqribən 30 il ərzində işğalı və Ermənistan Respublikası silahlı qüvvələrinin hazırkı hərbi təxribatı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və bir milyondan çox qaçqın və məcburi köçkünün evlərinə qayıtmasını tələb edən 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə ziddiyyət təşkil edir.

Məlumatda, həmçinin, Ermənistan təcavüzünün Azərbaycanın əkin sahələrinin 30 faizindən çoxuna, iş yerləri yaradan və kənd yerlərinin inkişafını təmin edən qida istehsalına və iqtisadiyyatın digər sahələrinə mənfi təsir göstərdiyi vurğulanıb.

Əlavə olunub ki, bu cür qanunsuz hərəkətlərin fermerlərin ailələrini dolandırması, layiqli və təhlükəsiz həyat sürmə qabiliyyətini məhdudlaşdırır və “COVID-19” pandemiyası şəraitində əsas vəzifə kimi davamlı qida təhlükəsizliyi sisteminin qurulmasına dair dünya miqyasındakı çağırışları nəzərə alaraq regional ərzaq təhlükəsizliyi üçün ciddi bir təhlükə mənbəyidir.

Hazırda, Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü intensiv məhsul yığımı dövrünə təsadüf edildiyi bildirilib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə 500 başdan çox iri və xırdabuynuzlu heyvan tələf edilib, fermerlərin yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib və suvarma sistemləri sıradan çıxarılıb. Yüz mindən çox fermerin həyatına təsir edən bu münaqişə Azərbaycanın kənd təsərrüfatı sektorunda böyük itkilərə səbəb olur.

Qeyd edilib ki, Ermənistan tərəfindən törədilən bütün hərbi cinayətlər insan hüquqları, habelə beynəlxalq hüquq normalarına söykənən BMT-nin Davamlı İnkişaf Məqsədləri, FAO və Aİ-nin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyinə dair strategiyaları kimi qlobal sənədlərin əsaslandığı beynəlxalq norma və öhdəliklərin pozulmasının bariz sübutudur.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi özünün beynəlxalq tərəfdaşlarına müraciət edərək Ermənistan Respublikası tərəfindən törədilən və ciddi humanitar fəlakətə səbəb olan, kənd təsərrüfatı fəaliyyəti üçün görünməmiş bir təhlükə yaradan, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun ərzaq təhlükəsizliyi və aqrobiomüxtəlifliyini sarsıdan hərbi eskalasiyaları qətiyyətlə pisləməyə çağırıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO