Müsahibə 25.11.2024 21:25

“Erməni usta evimizin divarına xaç işarəsi qoymuşdu” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova olub.

O, Qərbi Azərbaycanla bağlı xatirələrindən, ata-baba yurdu Zəngibasardan söhbət açıb. Bildirib ki, Gəncədə doğulub boya-başa çatmasına rəğmən, vaxtilə babasının erməni təqibindən, ölüm təhlükəsindən yaxa qurtarmaq üçün didərgin düşdüyü yerləri görməyə daim can atıb, oraya mistik bir ərazi kimi baxıb. Nəhayət 12-13 yaşlarında atası onu və ailə üzvlərini Zəngibasar mahalına qonaq aparıb. Beləliklə də o, ilk dəfə tarixi torpaqlarımızla tanışlıq imkanı qazanıb.

Qərbi Azərbaycanı özünə səcdəgah bilən M.Zeynalova valideynlərindən eşitdiyi həqiqətləri də dilə gətirib. Deyib ki, ötən əsrdə nənə-babalarının məruz qaldığı deportasiyalarda ermənilər azərbaycanlılara, xüsusən də qadınlara qarşı soyğunçuluq edib, etnik mənsubiyyətinə görə soydaşlarımıza çoxsaylı fiziki-mənəvi işgəncələr veriblər. Onun sözlərinə görə, sovet hakimiyyətinin dinclik dövründə bu siyasət gizlin şəkildə həyata keçirilib. Ermənilər öz xislətlərinə uyğun olaraq tariximizi saxtalaşdırmağa, hər şeyə sahib çıxmağa çalışıblar. Müsahib vaxtilə atasının Gəncədə ikimərtəbəli ev inşa etdirməsini xatırlayıb. Qeyd edib ki, həmin vaxt usta işləyən erməni divara xaç işarəsi qoyub. Bununla da gələcəkdə guya həmin evin sahibinin erməni olmasına indidən “əsas” yaratmaq istəyib. Lakin ev sahibi bunun fərqinə varıb və erməni ustaya həmin xaçı sökdürüb.

1988-ci il hadisələrindən danışan QHT sədri söyləyib ki, Gəncədəki evlərində valideyninin Qərbi Azərbaycandan deportasiya olunan qohumlarını qəbul edib, onlara bacardıqları səviyyədə dəstək olmağa çalışıblar. Vurğulayıb ki, həmin dövrlərdə ermənilərin əsl siması üzə çıxıb, xalqımıza qarşı düşmən mövqedə olduqları tam aşkar edilib. Müharibənin, deportasiyaların, qaçqınlıq həyatının insanlara, xüsusən də qadın və uşaqlara böyük travmalar yaşatdığını vurğulayan M.Zeynalova əlavə edib ki, belə insanlar bu ağrı-acını ömürlərinin sonuna kimi hiss edirlər. Bir çox hallarda bu, həmin şəxslərin gələcək həyatına da mənfi təsir göstərir.

QHT sədri deyib ki, bütün bu məşəqqətlərə baxmayaraq, istənilən Qərbi azərbaycanlı tarixi Vətəninin hər bir daşının, suyunun, ağacının həsrəti ilə yaşayır, oraya geri qayıdacağı günü səbirsizliklə gözləyir. M.Zeynalova beynəlxalq tədbirlərdə Ermənistan vətəndaş cəmiyyəti təmsilçiləri ilə rastlaşdığını, onlarla həmsöhbət olduğunu da diqqətə çatdırıb. Bildirib ki, erməni QHT təmsilçiləri indi də azərbaycanlılara qarşı aqressiv davranırlar. Müsahibin qənaətincə, hətta sadə ermənilər də millətçilərin, daşnakların illərdir Ermənistanda apardığı yanlış təbliğatın təsirindən qurtula bilmirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 25-də saat 19:30-da “Baku TV”nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO