Siyasi 27.03.2026 23:15

“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Saqqallı ermənilər hərbi maşınlara güllə atırdılar” adlı veriliş Loru mahalı, Cəlaloğlu rayonu, Puşkino kənd sakini  Şaban Həsənovun həyat hekayəsinə həsr olunub.

O, 1959-cu ildə anadan olduğunu, uşaqlıq, gənclik illərinin kənddə keçdiyini deyib: “Orta məktəbi rus dilində oxumuşuq. Kənd 371 evdən ibarət idi. Onun 51 evi azərbaycanlı, qalanı ruslar idi. Erməni yaşamırdı. Ruslarla birgə çox mehriban yaşamışıq. Kənd düzənlikdə yerləşirdi, ətrafı hamısı dağ və meşə idi. Hər fəslin öz gözəlliyi var idi. Novruz bayramını  keçirir, adət-ənənəmizi qoruyub saxlayırdıq. Ailədə beş uşaq idik”.

Onun sözlərinə görə, qazaxlılar tayfasından olan babamın atası bəy olub, Stalin hakimiyyətə gələndən sonra mal-mülkünü əlindən alıblar: “Babam və nənəm həmişə 1915-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı necə törətdiyindən danışırdılar”.

Kənd sakini şahid olduğu hadisəni belə şərh edib: “1988-ci ilin oktyabr-noyabr ayında erməni qara saqallıları kəndə gəlib deyirdilər ki, türklər buradan çıxsınlar, yoxsa qıracağıq. Biz bura Sumqayıt qaçqınlarını yerləşdirəcəyik. Onlar vaxt qoymuşdular. Mən əsgərlikdən gələndən sonra kənddə yerləşən hərbi hissədə işə düzəlmişdim. Dinc əhali hərbi hissənin komandirinə müraciət etmişdi ki, yardım etsin. Biz camaatı kazarmaya yerləşdirdik. Bir həftədən sonra komandirin tapşırığı ilə camaatı 11 hərbi maşınla Qazağa göndərdik. Yolda ermənilər 4 maşını güllələmişdilər. Qasım Mustafayev adlı şəxs yaralanmışdı. Qonşu Gərgərli kəndindən Bəsti Mustafayevanı ermənilər döyüb, sonra benzin töküb yandırmışdılar. Biz camaatı çıxarandan sonra hərbi hissədə qaldıq. 1988-ci il dekabrın 6-da Cürcüstana, oradan da qatarla Bakıya gəldik”.

Ş.Həsənov kəndin icma sədri kimi, sakinlərlə görüşdüyünü, hamının qayıtmağa hazır olduğunu bildirib: “Ora bizim Vətən, doğulduğumuz yerdir. Hər zaman ürəyimizdədir. O kəndin abu-havasının, suyunun həsrətini çəkirik. Qəbirlərimiz orada qalıb. Hamımız qayıtmaq və öz Vətənimizdə yaşamaq istəyirik. İnanırıq ki, tez-gec qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş martın 27-də saat 18:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 27.03.2026 23:15
“Ermənilər azərbaycanlı qadının üstünə benzin töküb yandırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.03.2026 14:22
“Nəvələrim də baba yurduna qayıtmaq istəyir” – Şaban Həsənovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 23:52
Bozburun, Bozqala, Bozdoğan – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.03.2026 14:22
Bozburun dağının Yerax olma sirri – ANONS - FOTO - VİDEO
Mədəni, Sosial / 21.03.2026 23:22
Qərbi Azərbaycanda ilaxır çərşənbə ayinləri - VİDEO
Gündəm, Mədəni / 20.03.2026 00:01
Azərbaycanda Novruz bayramı qeyd olunur
Siyasi, Sosial / 19.03.2026 14:50
Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi - FOTO
Gündəm / 18.03.2026 17:28
İlham Əliyev Azərbaycan xalqını Novruz münasibətilə təbrik edib
Mədəni / 18.03.2026 12:52
Ardanış Kənd İcması Ramazan və Novruz tədbiri keçirib - FOTO
Siyasi, Sosial / 17.03.2026 23:14
Boğutlu, Bozabdal, Bozavdal yaylası – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 17.03.2026 14:22
76 il əvvəl adı saxtalaşdırılan oğuz məskəni – ANONS - VİDEO
Mədəni / 17.03.2026 00:01
Bu gün Torpaq çərşənbəsidir
Mədəni / 14.03.2026 23:04
Qədim türk təfəkküründə od niyə sudan üstün tutulurdu? - VİDEO
Siyasi, Sosial / 13.03.2026 23:16
“Ulu babam ermənilərə görə oğlunu evində dəfn edib” - FOTO - VİDEO
Siyasi, Sosial / 13.03.2026 14:22
Çimənə qayıdacağı günü gözləyən Dürdanə Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir