Siyasi 05.12.2025 22:03

“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Daşnaklar 70 yaşı nənəmi döyüb yük maşınına atıblar” adlı veriliş əslən Vedibasar mahalı, Vedi rayonunun, Xalisa kəndindən olan Pərvanə Vəliyevanın həyat hekayəsinə həsr olunub.

O, 1990-cı ildə Bakı şəhərində andın olsa da, ata, ana, baba və nənəsinin Qərbi Azərbaycandan olduğunu, 1988-ci il noyabrın 30-da deportasiyaya məruz qaldıqlarını deyib: “1988-ci ildə  Xalisa faciəsi baş verib, insanları amansızlıqla, işgəncələr verərək çıxarıblar. Xalisa Vedibasar mahalında olan 145 kənddən biridir. Aran kəndi olduğundan insanlar yayda Əyricə, Kolanlı dağlarına yaylağa gedirdilər. Kəndin əhalisi azərbaycanlılardan ibarət olub. Bura 12 erməni ailəsi ilk dəfə 1918-1920-ci illərdə köçürülüb”.

Onun sözlərinə görə, azərbaycanlılar tarixdə 4 dəfə deportasiya məruz qalıb: “Qhumlar 1948-1953-cü illərdə aran zonasına gəlib. Bir çoxu Türkiyəyə gedib. Babam Xalisə kəndində qalıb. Onlar danışırdılar ki, 1987-ci ildə kəndlərdə əhalini incitdiklərinə görə köç başlamışdı. 1988-ci ilin martında kəndə erməni birləşmələri daxil olub, əhalini çıxmağa məcbur ediblər. Babam ailəsini Naxçıvanın Sədərək rayonuna çıxarıb. Vəziyyət sabitləşəndən sonra yenidən kəndə qayıdıb, bir müddətdən sonra vəziyyət yenidən pisləşib. Rus əsgərləri kəndi qorumağa gəlsə də ermənilər güllə ata-ata, kəndin müxtəlif giriş-çıxışlarını bağlayıblar. Çox çətinliklə Şidli kəndinə gəliblər. O zaman bir erməni camaatı inandırıb geri qaytarıb. Görüblər ki, azərbaycanlıların evləri xaçla işarələnib. Sonra  ermənilər evlərə hücum edib, insanların qızıl əşyalarını, pullarını alıblar.  Ermənilər 70 yaşlı nənəmin pulunu alıb, yerə yıxıb təpikləyib, yük maşınına atıblar. Anam noyabrın soyğunda 1 yaşlı qardaşım qucağında adi paltarda çıxarıb, yolda uşaq pnevmaniya olmuşdu. Daşnaklar miyatsun çağırışları edir, camaatı daşlayırdılar. İnsanlar yükün içində gizlənirdilər. Yolda maşını erməni kəndlərində saxlayır, yorğan-döşəkdə olan yükü şişləyirdilər. Döyülənlərin əksəriyyəti köçəndən sonra dünyasını dəyişdi. Xalisa faciəsində 11 nəfər işgəncələrlə, 2 aylıq körpə anasının qucağında işgəncə ilə öldürülmüşdü. Bəziləri isə Bakıya gəldikdən sonra Vətən həsrətinə dözməyərək dünyasını dəyişdilər. Atamgil Sədərəyə, oradan Ağcabədiyə, sonra isə Bakıya köçdülər”.

P.Vəliyeva baba-nənə, ata-anasının daim torpaq həsrəti ilə yaşadığını söyləyib: “Evimizdə hər zaman İravanın, kəndimizin söhbətləri gedirdi, xatirələr danışılırdı. Onlar daim Vətən həsrəti çəkdiklərini dilə gətirirdilər. Gənc yaşında dünyasını dəyişən atamın arzularını gerçəkləşdirmək, o torpaqları görmək, baba-nənələrimizin Xalisadakı qəbirlərini ziyarət etmək istəyirəm. Əminəm ki, atamın, babamın, nənəmin arzularını reallaşdıracam”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 5-də saat 19:00-da Baku TV-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 05.12.2025 22:03
“Ermənilər azərbaycanlıların evlərini xaçla işarələyiblər” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.12.2025 14:22
“Atamın doğma yurd xəyallarını gerçəkləşdirəcəm” – Pərvanə Vəliyevanın “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 04.12.2025 23:49
“Ermənistanın Qərbi Azərbaycana qayıdışla bağlı əlindəki kart sıradan çıxdı” - FOTO - VİDEO
Siyasi / 04.12.2025 14:22
Ermənilərin cırılan “Minsk kartı” – ANONS - VİDEO
Mədəni / 03.12.2025 23:52
“İrəvanda silinən Azərbaycanın şəhər mədəniyyəti” - VİDEO
Mədəni / 03.12.2025 13:22
“Qırmızı körpü” kimindir? – ANONS - VİDEO
Siyasi / 03.12.2025 11:34
Azərbaycanlıların Ermənistandan son deportasiyası – 37 il
Siyasi, Sosial / 02.12.2025 23:11
Balta dərəsi, Baltaçay, Barana, Barana qəzası – türk tarixinin izi - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 18:15
“Ümumi Qafqaz Evi” yaratmaq ideyası Heydər Əliyev tərəfindən irəli sürülüb” - FOTO - VİDEO
Sosial / 02.12.2025 14:49
Ardanışda türklərin yaşadığı qədim qışlaq – ANONS - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 02.12.2025 13:22
Cənubi Qafqaz İttifaqının yaradılması mümkündürmü? – ANONS - FOTO - VİDEO
Müsahibə / 01.12.2025 23:12
“Ermənilər azərbaycanlılara məxsus 157 qəbiristanlığı yer üzündən siliblər” - VİDEO
Elm və təhsil / 29.11.2025 23:34
“Qafqazda Ermənistan yox idi iddiası antik mənbələrlə necə təsdiqlənir?” - VİDEO
Gündəm, Kriminal, Siyasi / 29.11.2025 18:34
Ermənistandan zorla çıxarılma – bir əsrlik düşmənçiliyin yekunu - FOTO
Siyasi, Sosial / 28.11.2025 23:22
“Atam Göyçədən köçəndə, getmədim, qaçıb gizləndim” - FOTO - VİDEO
Siyasi, Sosial / 28.11.2025 14:22
“Övladlarım Göyçə həsrəti çəkir” – Fəzair Piriyevin “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 27.11.2025 23:40
“Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər” - VİDEO
Siyasi / 27.11.2025 14:27
Paşinyan Qərbi Azərbaycan İcması ilə görüşə bilər – ANONS - VİDEO
Siyasi / 26.11.2025 23:30
“Ermənistanda Paşinyanı devirəcək yeni güc kimdir?” - VİDEO
Elm və təhsil, Hərbi, Mətbuat / 26.11.2025 17:17
BDU-da “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı keçirilib - FOTO
Siyasi / 26.11.2025 14:47
Ermənistanda hərbi çevriliş çağırışları – ANONS - VİDEO
Siyasi, Sosial / 25.11.2025 23:23
Baldırğanlıq, Baldırğanlı, Baldırğanlı dağ, Balıqlı, Balıqçay – türk tarixinin izi - VİDEO
Müsahibə, Mədəni / 25.11.2025 18:50
“Bakının vizit kartı konstruktivizm dövrüdür” - FOTO - VİDEO
Sosial / 25.11.2025 14:56
Zəngəzurda Dağlıq Altay toponimi – ANONS
Müsahibə, Mədəni / 25.11.2025 13:22
Dünya memarın gözü ilə – ANONS - FOTO - VİDEO
Müsahibə / 24.11.2025 23:50
“Dağlıq Borçalı ərazisi 1921-ci ildə Ermənistana birləşdirilib” - VİDEO