Maraqlı 19.01.2024 20:19

“Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Qayabaşı kənd sakini Murad Məmmədovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərini, yaylaqlarda, dağlarda və bulaq başında keçirdiyi günləri xatırladıb, iki dağın arasında yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb: “Ömrümün dörddə biri Qayabaşı kəndində keçib. O xatirələri yad edəndə təəssüf edirəm ki, kaş daha çox yaşayaydım. Uşaqlıq illərində yaşadığım xatirələr bu günə qədər yaşadığım xatirələrin içində daha yaddaqalan, daha möhtəşəm, daha təsirlidir, doğmadır. Novruz bayramında keçirdiyimiz o gözəl günləri kəkrar doyunca yaşamaq üçün çox böyük məmnuniyyətlə yenidən kəndimizə qayıtmaq istəyərdim”.

M.Məmmədov 1988-ci ilin iyul ayında kənddə çobanlara verilən ov tüfənglərini ermənilər tərəfindən təzələmək adı ilə yığıldığını deyib: “Sən demə, burada bir məkr, niyyət var imiş. Bu silahlar yığılandan sonra ermənilər kəndə rayondan gələn azuqəni kəsdilər. Kənddən alış-veriş üçün gedənlərin rayonda maşınlarını daş-qalaq etməyə, silahla gülləbaran etməyə başladılar. Hətta insanlara fiziki zor tətbiq etmişdilər, başını yaralamışdılar. Rayondan kəndlərimizə bir müddət atəşlər açmağa başladılar. Cavanlar növbə ilə kəndi qoruyurdular. Qonşu kəndlərlə birgə sakinlər etiraz bildirmək üçün rayona gedirdilər. Onları yalandan sakitləşdirib geri qaytarmışdılar ki, narahat olmayın, heç bir qorxu, problem, sıxıntı yoxdur. Nəhayət, 1988-ci ilin noyabrında köç başladı. Biz də ailəvi köç edib Kəlbəcərə gəldik, üç gecə orada qaldıq, sonra isə Yevlağa bacımgildə məskunlaşdıq”.

Onun sözlərinə görə, Göyçə təəssüratlarını heç zaman unutmaq olmur və Göyçəyə qayıdış mütləq baş tutacaq: “Ora qayıdış təkcə oranın gözəlliyi ilə bağlı deyil. Bizim ora mənən, ruhən bağlılığımızla bağlıdır. Bizim orada böyüklərimizin, ulularımızın ruhları gəzir, dolaşır, qəbirlərimiz var. Oralar bizim əzəli və əbədi torpaqlarımız olub. Bu gün oralar Qarabağdakı kimi xarabalıqdı. Bizim kəndlərdə  heç bir məskunlaşma, yaşayış yoxdur, evlər dağıdılıb. Çox böyük həsrətindəyəm ki, qayıdam bu yaşımı və bundan sonrakı yaşımın xatirələrini, boş qalmış dəftərləri orada dolduram. İnşallah, mənə elə gəlir ki, bu gün yaxındadır. Qarabağımızın fəth olunması, işğaldan azad olunması bütün Qərbi azərbaycanlılarda bir daha geriqayıdış ruhunu, inamını, inancını yüksəltdi. Əminəm ki, o torpaqlara qayıdacağıq, bizi gözləyən o ruhlara qovuşacağıq və itirilmiş torpaqlarımıza sahib çıxacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 19-da saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO