Siyasi 10.01.2025 22:57

“Ruslar 1988-ci ilin yayında bizi maşınlara doldurub Araz çayının qırağına tökdülər” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Həyat yoldaşım bizə klyonka çadırlardan ev düzəltdi” adlı veriliş əslən Vedibasar mahalının, Vedi rayonunun Şirazlı kənd sakini Simuzər Əhmədovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin yaylaqlarda keçdiyini, o vaxt azərbaycanlı və erməni ailələrin mehriban qonşuluq şəraitində yaşadığını söyləyib: “Günlərimiz yaylaqlarda  keçib. Novruz bayramında qızlarla bulağa gedərdik, tonqal yandırardıq, papaqatdı oynayardıq, qapı pusardıq. Kənddə məktəbə ermənilərlə bir yerdə gedib-gəlmişik. Bir-birimizin evlərinə gedib-gəlir, bayramları birgə qeyd edirdik”.

Onun sözlərinə görə, ermənilər o vaxt camaatı yığıb Vedi rayonuna aparıb işgəncələr veriblər: “O vaxtdan onlar bizimlə dolanmırdılar. 1941-ci ildə nənəmin yoldaşını, babamı ermənilər öldürüblər. 1985-ci ildə ermənilər təxribat törədirdilər. Lapetə daş yığıb, benzin, solyarka dolu butulkaları yandırıb evlərə, ot tayalarına atırdılar”.

Şirazlı sakini kəndi necə tərk etmələrindən də danışıb: “1988-ci il idi. Bir qonşumuz var idi, yoldaşıma dedi ki, uşaqları buradan tez çıxar. Bir erməni qonşumuz gecə ilə uşaqları, qadınları aparıb zirzəmiyə doldurdu ki, bizə dəyməsinlər. Biz səhərə kimi qonşunun zirzəmisində döşəmənin üstündə qaldıq. Səhərə yaxın üstü çadırlı maşınlar gəldi. Ruslar idi, bzi  maşınlara yığıb Şiddi kəndinə aparıb Araz çayının qırağına tökdülər. Orada erməni yox idi, hamısı azərbaycanlı idi, Azərbaycan kəndi idi. Vertolyotla yemək gətirdilər. Yayın istisində uşaqlar pis vəziyyətə düqşmüşdülər. Yoldaşım çox çətinliklə bizi gecə ikən oradan Azərbaycana, İmişli rayonuna apardı. Atam evi dəyişəndən sonra biz Goranboya getdik. Sonra yoldaşım öz evimizi dəyişəndən sonra Bakıya gəldik”.

Həyat yoldaşı şəhid olan və üç uşaqla tək qalan S.Əhmədova bu gün doğma yurdunun həsrəti ilə yaşadığını deyib: “Vətən həsrəti ilə yaşayıram. Qəbirlərimiz, ata-babamızın qəbirləri, ocaqlarımız, abidələrimiz oradadır. İnşallah, mən qayıdanda evimzə, alma, ərik, üzüm bağlarımıza gedəcəm. Atam o evləri nə əzab-əziyyətlə tikib, çox əziyyətlər çəkmişik. Uşaqlıq, məktəb illərim orada keçib. Mütləq qayıdacağıq. İnsan nə qədər danışsa da oranın həsrəti bitmir”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 10-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO