Elm və təhsil 31.01.2024 20:33

Ermənilər Əştərəyə niyə kütləvi axın ediblər? - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə erməni saxtakarlığından ən çox zərər çəkən türk-oğuz yurdlarından biri – Əştərək rayonu haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Qıpçaq türk qalalarının yerləşdiyi oğuz yurdu” adlı süjetdə tarix boyu azərbaycanlılara qarşı etnik, dini və milli ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın xəbis əməllərindən əl çəkməyərək addəyişmə əməliyyatlarını açıq şəkildə həyata keçirməsindən, hayların bizə aid şəhərləri, qəsəbələri, kəndləri daim mənəvi terrora məruz qoymalarından bəhs olunur.

Bildirilir ki, Əştərək Qərbi Azərbaycanın, indiki Ermənistanın Karbibasar mahalı ərazisində yerləşən qədim türk-oğuz yurdudur. Bu məkan XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olub. Nəhayət, 1828-ci ildə Çar Rusiyasının işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçib. Əştərək rayonunun Yağaverd kəndi ərazisində VI-VII əsrlərə aid qədim arman-türk məbədi, Qarqavəng məbədi və VII yüzilə aid Qırmızıvəng məbədi mövcud olub. Hər üç məbədin yerləşdiyi ərazilərə ermənilərin ilk gəlişi XVIII əsrə təsadüf edir.

Qeyd olunur ki, Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu ildə rayonlaşdırma inzibati-ərazi bölgüsü aparılıb: “Bu bölgüyə əsasən 1930-cu il sentyabrın 9-da ərazi inzibati vahidi kimi Əştərək adlı rayon yaradılıb. Vaxtilə Əştərək rayonuna daxil olan 50 kəndin 46-da azərbaycanlılar yaşayıb, yer adları da türk mənşəli olub. 1948-1951-ci illərdə rayonun Talış, Təkiyyə, Uçan, Çadqıran, İnəkli, Tülnəbi və digər kəndlərinin əhalisi zorla çıxarılaraq Azərbaycana köçürülüb. Bununla da Əştərək ərazisində toponimlərin dəyişdirilməsi, türk-oğuz izlərinin itirilməsi prosesi başlayıb və rayon üzrə 20-yə yaxın tarixi yer adları dəyişdirilib”.

Sonda vurğulanır ki, vaxtilə adı dillər əzbəri olan Qərbi Azərbaycanın bu qədim ərazisində də mənfur ermənilər daşı daş üstə qoymadan addəyişmə əməliyyatları aparıblar: “Lakin əminik ki, tarixən və ruhən bağlı olduğumuz doğma yurdlarımıza  qayıdış ermənilərin saxta əməllərinə son qoyacaq və Vətənə dönüşlə hamımız iftixar duyacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında yanvarın 31-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO