Müsahibə 09.01.2024 20:22

“Ermənilər gələcəkləri üçün azərbaycanlılarla dost olmalıdılar” – MÜSAHİBƏ - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Əməkdar artist, teatr və kino aktyoru Abbas Qəhrəmanov olub.

O, Qərbi Azərbaycan ərazinin xüsusi anlam daşıdığını, Vətəni məcburi tərk etməyin çətin olduğunu deyib: “İrəvanda ermənilərin yaratdığı mühit heç də xoş olmayıb. Yaşamaq çətin olmadığı üçün vətənimizi tərk etdik. Ermənilərə sərbəstlik verildi və onlar bütün azərbaycanlıları öz evlərindən qovdular. Ermənilər tarix boyu bizə qarşı düşmənçilik hissi ilə yaşayıblar. Etnik təmizləmə, deportasiya – bunlar yaşadığımız tarixi həqiqətlərdir”.

A.Qəhrəmanov İrəvan Dövlət Teatrının Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan söz açıb, xarici qastrollarda, beynəlxalq  festivallarda iştirak zamanı erməni həmkarlarının davranışlarından bəhs edib.

Onun sözlərinə görə, İrəvanda Azərbaycan Milli Teatrının yaradılması böyük nailiyyət idi: “Azərbaycanın mədəni irsinin məhv edilməsində günahkar sovet hökumətidir. İyirminci əsrin əvvəllərində ermənilərlə azərbaycanlıların düşmənçiliyinə baxmayaraq, tamaşalar hələ də səhnəyə qoyulurdu. Sənət adamları “barışıq damarı” tapmalıdırlar. Düşünürəm ki, incəsənət və idman xalqları bir araya gətirəcək. Ermənilər və azərbaycanlılar qarşılıqlı anlaşmaya gəlməlidirlər. Ermənistanın gələcəyi üçün ermənilər azərbaycanlılarla dost olmalıdırlar. Azərbaycanlıların öz vətənlərinə qayıtması üçün zəmin hazırlamaq lazımdır. Teatr iki xalqın barışmasında böyük rol oynaya bilər”.

Əməkdar artist Qərbi Azərbaycan İcmasının formalaşdırılmasından,  Prezident İlham Əliyev İcmanın binasında Qərbi azərbaycanlılarla görüşünü xatırladıb, soydaşlarımızın doğma Vətənə qayıdışının gec ya tez mümkün olacağına əminliyini vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş yanvarın 9-da saat 18:30-da Baku Tv-nin efirində yayımlanıb.

xxx

Армяне должны дружить с азербайджанцами ради своего будущего» 

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az,  собеседником ведущей Эллады Сарван был заслуженный артист Аббас Гахраманов.

Он отметил, что территория Западного Азербайджана имеет особое значение и что трудно покинуть Родину насильно: «Обстановка, созданная армянами в Иреване, была совсем не приятной. Мы покинули Родину, потому что жить там было невозможно. Армянам дали волю, и они изгнали всех азербайджанцев из своих домов. Армяне на протяжении всей истории жили с чувством вражды к нам. «Этнические чистки, депортации – это исторические истины, с которыми мы живем».

А.Гахраманов рассказал о роли Иреванского Государственного Театра в развитии азербайджанской культуры, рассказал о поведении армянских коллег во время гастролей в зарубежных странах и на международных фестивалях.

По его словам, создание Национального театра Азербайджана в Иреване было большим достижением: «Советское правительство виновно в уничтожении культурного наследия Азербайджана. В начале ХХ века, несмотря на вражду между армянами и азербайджанцами, пьесы все еще ставились. Творческие люди должны найти «жилу примирения». Я думаю, что искусство и спорт объединят людей. Армяне и азербайджанцы должны прийти к взаимопониманию. Ради будущего Армении армяне должны дружить с азербайджанцами. Необходимо подготовить почву для возвращения азербайджанцев на родину. «Театр может сыграть большую роль в примирении двух народов».

Заслуженный артист отметил создание Общины Западного Азербайджана, встречу Президента Ильхама Алиева с западноазербайджанцами в здании Общины, подчеркнул уверенность в том, что возвращение наших соотечественников на родину рано или поздно станет возможным.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей

Программа вышла в эфир 9 января в 18:30 по Baku tv ru.

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO