“Ermənilər həmişə alət kimi istifadə olunub” – MÜSAHİBƏ - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycan Tibb Universitetinin professoru Eldar Abbasov olub.
O, bölgədə baş verən son proseslərdən, Qafqazda təhlükəsizlik və inkişaf məsələlərinin dünya siyasətinə təsirindən, Azərbaycanın beynəlxalq müstəvidə tutduğu mövqeyindən söz açıb, 44 günlük müharibədə qazanılan qələbədən sonra gündəmə gələn Zəngəzur dəhlizi, eləcə də Sülh sazişinin imzalanması məsələlərinə mane olan qüvvələrdən danışıb.
Onun sözlərinə görə, indi sanki elan edilməmiş Üçüncü Dünya müharibəsi gedir: “Azərbaycan Qafqazda mühüm geosiyasi zonadır. Ermənilər ağır cinayətlər törətdilər, ona görə də Qarabağı tərk etdilər. Son 100 ildə baş verən bütün tarixi hadisələr bizim xeyrimizədir. Azərbaycansız Qafqazda heç bir problemi həll etmək mümkün deyil. Zəngəzurun itirilməsi Ermənistan üçün dövlətçiliyin sonu deməkdir. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan nə qazanacağını düşünməlidir”.
E.Abbasov bildirib ki, ermənilər zaman-zaman azərbaycanlıları pərən-pərən salıb, bizə məxsus toponimləri məhv edib, həm tarixi şəxsiyyətləri, həm də etnik tərkibi ilə bizə məxsus əraziyə sahib çıxmağa çalışıblar: “Ümumiyyətlə, beynəlxalq münasibətlərdə indiki Ermənistanın mənzərəsi zəif görünür. Qonşularla sülh şəraitində yaşamaq lazımdır. Problemlərin həlli proseslərində ermənilərdən həmişə alət kimi istifadə olunub. Ermənistanda ayıq düşüncəli siyasətçilər doğru yolu seçməlidirlər”.
Professor erməni deportasiyasının qurbanına çevrilən Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsinə də münasibət bildirib deyib ki, Ermənistan azərbaycanlıların öz vətənlərinə qayıtması üçün şərait yaratmalıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə fevralın 6-da saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
xxx
«Армяне всегда служили инструментом в разрешении проблем» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был профессор Азербайджанского Медицинского Университета Эльдар Аббасов.
Он рассказал о последних процессах в регионе, влиянии вопросов безопасности и развития на Кавказе на мировую политику, позиции Азербайджана на международном уровне, а также о Зангезурском коридоре, стоявшем на повестке дня после победы в 44-дневной войне и о подписании Мирного соглашения.
По его словам, сейчас идет необъявленная Третья мировая война: “Азербайджан является важной геополитической зоной на Кавказе. Армяне совершили серьёзные преступления, поэтому покинули Карабах. Все исторические события последних 100 лет складываются в нашу пользу. Без Азербайджана невозможно решить ни одну проблему на Кавказе. Потеря Зангезура — это конец государственности для Армении. После открытия Зангезурского коридора Армения должна задуматься о том, что она получит».
Э.Аббасов сообщил, что армяне время от времени расселяли азербайджанцев, уничтожали принадлежащие нам топонимы, пытались завладеть землями, принадлежащими нам как по историческим признакам, так и по этническому составу. Надо жить в мире с соседями. Армяне всегда использовались как инструмент в процессе решения проблем. Трезвомыслящие политики в Армении должны выбрать правильный путь».
Профессор также прокомментировал вопрос возвращения на родину западных азербайджанцев, ставших жертвами депортации армян, отметив, что Армения должна создать условия для возвращения азербайджанцев на родину.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 6 февраля в 18:30 в эфире Baku TV и на YouTube-канале на русском языке.