Müsahibə 19.08.2024 22:25

“Ermənilər həmişə azərbaycanlılara qarşı ayrı-seçkilik ediblər” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadə olub.

O, ata-baba yurdu olan Göyçə mahalından, Kəsəmən, Qanlı, Zod, Sədənağac kəndlərindən, orada yaşayan insanların həyat tərzindən, qayğılarından söhbət açıb. Uşaqlıq xatirələrinin Kəsəmən kəndi ilə daha çox bağlı olduğunu dilə gətirən alim bu yaşayış məntəqəsini tez-tez yuxularında gördüyünü vurğulayıb. O ümumilikdə Qərbi Azərbaycanda, o cümlədən Göyçə mahalında təhsilə, elmə böyük maraq olduğunu söyləyib. Təəssüflə qeyd edib ki, bu maraq müqabilində rəhbərlikdə təmsil olunan ermənilər ali təhsilli azərbaycanlı kadrların işlə təmin olunmasına şərait yaratmayıblar. Nəticədə azərbaycanlı gənclər doğma el-obanı tərk etmək məcburiyyətində qalıblar. Bu isə Qərbi Azərbaycanda soydaşlarımızın, xüsusən də rəhbər vəzifədə təmsil olunan azərbaycanlıların sayının tədricən azalmasına səbəb olub.

Professorun sözlərinə görə, bu, erməni millətçiləri tərəfindən düşünülmüş, məqsədli bir siyasət olub. Bununla onlar azərbaycanlılara münasibətdə ayrı-seçkiliyi, diskriminasiyanı büruzə veriblər. O, tarixən soydaşlarımızın yaşadığı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinin, tarixi abidələrin ermənilər tərəfindən saxtalaşdırılmasının da bununla əlaqəli olduğunu dilə gətirib. Deyib ki, təkcə Qanlı və Kəsəmən kəndlərinin adı üç dəfə dəyişdirilib. Beləliklə haylar tarixi izləri silməyə çalışıblar.

Professor K.Bünyadzadə ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı və deportasiyalara da diqqət çəkib. Valideynlərinin söylədiklərinə istinad edən müsahib bildirib ki, Basarkeçərdə ermənilər azərbaycanlıları tövlələrə salıb qəddarlıqla qətlə yetiriblər. O illərdə erməni vəhşiliyinin qurbanı olan günahsız azərbaycanlıların meyitlərinin qalıqları isə sonrakı dövrdə müxtəlif yaşayış məntəqələrində aparılan qazıntılar zamanı kütləvi məzarlıq şəklində üzə çıxıb.

Ata-babasının 1948-1953-cü il, yaxın qohumlarının 1988-ci il deportasiyasına məruz qaldığını xatırladan alim onu da əlavə edib ki, həmin dövrlərdə də Qərbi Azərbaycandakı soydaşlarımız böyük faciələrə, fiziki-mənəvi işgəncələrə məruz qalıblar. Onun sözlərinə görə, 1988-ci il hadisələri ərəfəsində Zod qızıl mədənində işləyən azərbaycanlılara qarşı qəsd edilib, sonra isə bu, bədbəxt hadisə kimi qələmə verilib. Köç prosesində isə azərbaycanlılara məxsus maşın karvanlarına hücumlar təşkil olunub.

AMEA-nın müxbir üzvü K.Bünyadzadə Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin erməni vandalları tərəfindən məhv edildiyinə xüsusi diqqət çəkib. Bildirib ki, hayların mədəniyyətimizə qarşı törətdiyi soyqırımını elmi əsərlərlə dünya ictimaiyyətinə çatdırmaq istəyir. Alim sonda vurğulayıb ki, əgər azərbaycanlılar didərgin düşdükləri Qarabağa otuz ildən sonra qayıda biliblərsə, gələcəkdə Qərbi Azərbaycana da qayıdacaqlar.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş avqustun 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Müsahibə / 19.08.2024 22:25
“Ermənilər həmişə azərbaycanlılara qarşı ayrı-seçkilik ediblər” - FOTO - VİDEO
Siyasi / 19.08.2024 15:55
Rizvan Nəbiyev seçicilərini seçki platforması ilə tanış edib - FOTO
Siyasi / 19.08.2024 12:04
Tamam Cəfərova 5 kənddə seçicilərə platformasını açıqladı - FOTO
Siyasi / 17.08.2024 16:10
Deputatlığa namizəd Hümbət Hüseynov seçicilərlə görüşüb - FOTO
Siyasi / 15.08.2024 16:12
Rizvan Nəbiyev seçici gənclərlə görüşdü - FOTO
Mətbuat / 01.08.2024 12:41
Qərbi Azərbaycan TV 1 yaşını qeyd edir
Elm və təhsil, Siyasi / 31.07.2024 22:34
“Abgəz, Abdullar, Avan, Avdalar, Avdıbəy – türk tarixinin izi” - FOTO - VİDEO
Elm və təhsil, Sosial / 31.07.2024 14:28
“Tarixə ölü kənd kimi düşən yurd yerləri” – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 30.07.2024 22:49
“Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər elat mədəniyyətinin təsviridir” - FOTO - VİDEO
Hərbi, Müsahibə, Video müsahibə / 30.07.2024 18:55
“Erməni lobbisinin ən böyük problemi dağıdıcı qüvvə olan daşnaklarla əlaqədir” - VİDEO
Siyasi, Təhlil / 30.07.2024 16:39
Qərb Venesuela tələsi – Maduronun sınağı – TƏHLİL
Elm və təhsil / 30.07.2024 13:35
Oğuz tayfalarının məskunlaşdığı əsas ərazi – ANONS - VİDEO
Hərbi, Siyasi / 30.07.2024 12:52
“Türkiyənin NATO-dan çıxması real görünmür” – ANONS - VİDEO
Mədəni / 30.07.2024 09:24
Bakıda “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib - FOTO
Müsahibə, Video müsahibə / 29.07.2024 23:14
“Hər ilin aprel ayında ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edirdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 29.07.2024 15:53
Türkiyə-Suriya yaxınlaşması – 13 illik kəsilən münasibətlər – TƏHLİL
Elm və təhsil, Mədəni / 27.07.2024 22:21
“Qərbi Azərbaycanda “Qurd ağzı bağlama” ayini” - FOTO - VİDEO
Mədəni, Siyasi / 26.07.2024 22:47
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - FOTO - VİDEO
Hərbi, Təhlil / 26.07.2024 15:20
İrəvana hərbi yardım ayıranların müharibə həvəsi – TƏHLİL
Mədəni, Siyasi / 26.07.2024 12:17
“Vətən həsrəti ağzımızda dilimizi yandırıb” – Səmayə İsmayılovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 25.07.2024 21:36
İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir - FOTO - VİDEO
Təhlil / 25.07.2024 15:27
Yaxın Şərq və ərəb “NATO”su – TƏHLİL
Elm və təhsil, Siyasi / 24.07.2024 22:44
“Abdalağalı, Abdulabad, Abdulkənd, Abbaslar, Abbas dərəsi, Abbas biçənək – türk tarixinin izi” - FOTO - VİDEO
Siyasi, Təhlil / 24.07.2024 15:10
İrəvanda vətəndaş savaşı – Ermənistan yenə körüklənir – TƏHLİL
Elm və təhsil, Sosial / 24.07.2024 14:10
Ermənilərin toponimləri dəyişdirmə planı – ANONS - VİDEO
Hərbi / 24.07.2024 12:26
Rus tankının qarşısını 16 yaşında kəsdi – 19 yaşında şəhid oldu - VİDEO