Müsahibə 26.12.2023 19:19

“Ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq” – MÜSAHİBƏ - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi, Əməkdar İncəsənət Xadimi, kinoşünas Ayaz Salayev olub.

O, dünyada, eləcə də bölgədə gedən ictimai-siyasi proseslərdən, gərginliklərdən söz açıb, müharibə, münaqişə və ixtilafların mədəniyyətin inkişafına mane olduğunu söyləyib.

Onun sözlərinə görə, vaxtilə Qarabağda zəfər əldə olunacağına inanmayıb: “Həqiqətən də inanmırdım ki, yenidən Xankəndi küçələrində gəzmək fürsəti əldə edəcəm. Bu bizim üçün böyük sürpriz və tarixi unudulmaz qələbədir”.

Vaxtilə “Erməni soyqırımı” abidəsinin açılışı günü ermənilər azərbaycanlıların yaşadığı məhəllələri dağıtmağa başladığını bildirən A.Salayev erməni jurnalistlərindən sitat gətirib: “Biz türklərlə işğalçı kimi davranırıqsa, azərbaycanlılar da bizə elə yanaşacaqlar. Ona görə də ermənilər ictimai şüurunu dəyişməyincə onlar üçün yaxşı heç nə olmayacaq”.

Əməkdar İncəsənət Xadimi beynəlxalq tədbirlərdə erməni sənətkarlarla söhbətlərdə onların bu proseslərə baxışlarının çox dəyişdiyini bildirib, erməni şair Sayat Novanın günümüzə qədər gəlib çatmış əsərlərin çoxunu Azərbaycan dilində qələmə aldığını vurğulayıb: “O, həqiqətən də Azərbaycan dilində erməni dilindən iki dəfə çox şeir yazıb”.

İndiyədək 18 filmin yaranmasında əməyi olan künoşünas sonuncu  “Torpaq” filmi haqqında danışaraq deyib ki, bu, Qərbi Azərbaycan mövzusuna həsr olunub: “Bu filmin yaranması öz doğma yurdlarından qovulan insanların acı taleyindən bəhs edir. “Toroaq” filmi iki problemi qabardır: Qarabağ və Qərbi Azərbaycan. Ekran əsərində 100 azərbaycanlı qaçqınla müsahibə aparılıb. Nəticə odur ki, qaçqınların xatirələri yaxşı deyil”.

A.Salayev Qərbi azərbaycanlıların doğma ocaqlarına qayıdışı barədə də danışıb: “Azərbaycan dünya tarixini yazan ölkələrdən biridir. İndi yeganə bir arzu qalıb – Qərbi Azərbaycana qayıtmaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 26-da saat 18:30-da Baku Tv-nin efirində yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO