Gündəm 18.06.2024 22:48

“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni mütəxəssis: İrəvanı qazmayın, altdan Türk izləri çıxacaq” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə qədim türk şəhəri İrəvanın işğalı ilə ermənilər onun tarixini və mədəni irsini necə dağıtmasından bəhs olunur.

Bildirilir ki, ermənilər qala divarlarından başlamış, xan sarayı, iqamətgahı, zadəganların imarətləri, məscid, karvansara, bir sözlə, Azərbaycan memarlığını, mədəniyyətini, yaşam tarixini, irsini xatırladan nə varsa onu xüsusi qəddarlıq, vandalizmlə dağıdıblar.: “Bu tikililər müasir İrəvanda yoxdur, amma onların özü qədər əhəmiyyətli zirzəmiləri şəhərin altındadır. Burada, yerin altında böyük Azərbaycan mədəniyyətinin izləri, irsi yerləşir. Ən əsas yerlərdən biri də Respublika meydanıdır, burada olan bütün tikililəri yerlə-yeksan edib, meydan saldılar. Yerin altında olan Azərbaycan sərvəti bu gün də alimləri, araşdırmaçıları maraqlandırır. Amma qazıntı aparmaq, üzə çıxarmağa cəsarət etmirlər”.

Qeyd olunur ki, keçmişi gündəmə gətirməklə Ermənistan dövləti dağıtdığı qədim Azərbaycan sivilizasiyasını, onun incilərini dünyaya nə vaxtsa göstərməli olacaq: “100 il öncə, 1924-cü ildə şəhərsalma adı ilə törətdikləri vandalizm aktını, dağıdıcılıqlarını da etiraf etməlidirlər. Amma bu xüsusiyyəti beyni zəhərlənmiş ermənilərdən gözləmək sadəlövhlükdür. İrəvanın mərkəzində, Respublika meydanında, yerin altında uyuyan böyük Azərbaycan mədəniyyəti öz tarixi gününü, üzə çıxmağını gözləyir”.

Süjetdə erməni alim və araşdırmaçılarının etiraflarına da yer verilir: “Qədim İrəvan başqa bir sivilizasiyaya aid təbəqədir. İrəvanı qazmaq olmaz, çünki yerin altında türk izləri var. Bura bizə aid deyil. İrəvanda türklər olanda o vaxt dövlətçiliyimiz belə yox idi. İrəvanın qazıntısı ermənilərdə qorxu yaradır, çünki türk izləri üzə çıxır. Ermənilər İrəvanın mərkəzində qazıntı aparmağa qorxurlar. İrəvanın tarixini soruşanda biz onu muzeyə aparırıq, gerçək şəhəri isə göstərmirik. Aidiyyəti olmayan fraqmentləri göstərmək əvəzinə köhnə şəhəri qürurla göstərib gerçəyi desək daha yaxşı olar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 18-də saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO