Maraqlı 05.07.2024 22:41

“12 il Bakıda, 22 il Kiyevdə yaşadım, yuxularımda ancaq Göyçəni görürəm” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “1988-ci ildə hərbi xidmətə getdim, ağlıma gətirə bilməzdim ki, bir daha kəndimə qayıtmayacam” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Mövsüm Aslanovun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və kənd həyatından söz açıb, rəhmətlik nənəsi ilə yaylaqları, dağları gəzdiyini söyləyib: “Biz kitablardan oxuduğumuz, deyimlərdən eşitdiyimiz cənnəti orada gördük. Uşaqlığım dağların qoynunda, yamaclarda keçib. Göyçənin yayı gözəl, qışı sərt keçərdi. Soyuq qış günlərində həmişə kömür sobası yandırardıq. Rəhmətlik babam və nənəm həmişə bizə keçdikləri ömür tarixçəsindən, erməni vəhşiliyindən danışardılar”.

Onun sözlərinə görə, 1905-1907-ci illərdə babasının atası Göyçədən ermənilər tərəfindən didərgin salınıb, böyük mərhumiyyətlərlə üzləşib: “Sovet hakimiyyəti qurulandan sonra babamgil yenidən Göyçəyə qayıdıblar. Çar Rusiyası zamanı ermənilər kəndə basqını ediblər. O zaman kəndin  yaşlı insanları yaba, dırmıq ilə kəndi, qadınları, uşaqları ermənilərdən müdafiə ediblər. Babamın anası o vaxt 2 oğlunu səbətin içində boranda, qarda məcburiyyət qarşısında ovalıq yerdə qoyub gedib. Sonra arxadan gələn kişilər həmin uşaqların ağlamaq səsini eşidib onları xilas ediblər”.

Nərimanlı sakini deyib ki, biz 1988-ci ildə yenidən Göyçə mahalından  didərgin düşdük: “Mən 1988-ci ilin iyun ayının 13-də əsgəriyə getdim. Heç  ağlıma belə gətirə bilməzdim ki, mən bir daha bu yerlərə, doğulub, boya-başa çatdığım bu cənnət məkana, atalarımızın, babalarımızın bizlərə ərmağan qoyub getdiyi bu gözəl yerlərə bir daha dönə bilməyəcəm. Həmən ilin noyabr ayında artıq ermənilər bütün Qərbi Azərbaycanın müxtəlif şəhərlərində, rayonlarında olduğu kimi, Göyçə mahalından da 100 minlərlə soydaşımızı zorla deportasiya etdilər”.

Vətən həsrətinin insanların qəlbində ağrı yaratdığını söyləyən M.Aslanov yuxularının ancaq baya-başa çatdığı kəndlə bağlı olduğunu bildirib: “Ailəm 22 ildir Kiyevdə yaşayır. 2022-ci ildə Kiyevdə müharibə başlayanda övladlarımı vətənə yola saldım. Babamgil Göyçədən didərgin düşüb, qaçqın düşmüşdü, özümüz Göyçədən didərgin düşüb qaçqın kimi Azərbaycana gəlmişdik. İndi övladlarım artıq Kiyevdən didərgin kimi, qaçqın kimi öz dogma Bakı şəhərinə gəlirlər. Oğlum deyir, ata, siz də belə didərgin, qaçqın düşmüşdünüz?!”

O fikrini Ulu öndərimizin gözəl bir kəlam ilə yekunlaşdırıb: “Azərbaycan dünyaya günəş kimi doğacaq!” O günəş bugünkü gün Xankəndini, Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını qızdırır. Əminəm ki, bu günəşin şüaları bizim dədə-baba torpaqlarımıza da düşəcək. Biz hökmən yaxın gələcəkdə o yerlərə dönəcəyik”.

Onun qızı Zümrüd Aslanova isə Ukraynada anadan olduğunu, atasının hər zaman uşaqlıqda Göyçənin gözəllikləri haqqında danışdığını deyib: “Mənim ən böyük arzularımdan biri odur ki, gedim Göyçənin gözəlliyini, oraları gözümlə görüm. Oranın havasını udum. Çünki ora mənim ata-baba yurdumdur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 5-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

9

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO