Müsahibə 18.12.2023 21:53

“Ermənilər məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetiriblər”- MÜSAHİBƏ - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni olub.

R.Zeyni vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vağudi kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi bu kənddə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. MQF prezidenti sadəcə Vağudinin deyil, ümumən Qərbi Azərbaycanın onun üçün müqəddəs bir məkan, yurd həsrəti, doğma vətən olduğunu vurğulayıb. Bildirib ki, Qərbi azərbaycanlılar 35 ildir bu həsrətlə yaşayır, xəyallarında o torpaqlara qayıdırlar. Onun sözlərinə görə, indi yeni reallıq yaranıb və tarixi torpaqlarımıza qayıtmaq xəyalları gerçəkliyə çevrilmə ərəfəsindədir.

Qərbi Azərbaycanda soydaşlarımıza qarşı ayrı-seçkilikdən söhbət açan R.Zeyni bildirib ki, ermənilər ali təhsil alıb kəndə qayıdan azərbaycanlı kadrları işlə təmin etmir, bununla onların ölkəni tərk etməsinə şərait yaradırdılar. “Gen yaddaşımız bizə deyir ki, qarı düşmən dost olmaz”, – söyləyən MQF prezidenti ötən əsrin əvvəlində Qarakilsə rayonunda, o cümlədən Ağudidə törədilən erməni vəhşiliklərindən də danışıb. Bildirib ki, daşnaklar Ağudidə məscidə sığınan 400 azərbaycanlını amansızlıqla qətlə yetirib, ibadət evi ilə birlikdə yandırıblar.

R.Zeyni deyib ki, 785 qeyri-hökumət təşkilatını öz ətrafında birləşdirən MQF-nin fəaliyyətində İrəvana, Zəngəzura, Göyçəyə qayıdış prioritet təşkil edir. Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görülən işlərdən danışan natiq vurğulayıb ki, soydaşlarımızın əsas tələbi beynəlxalq ictimaiyyətin səsimizə səs verməsi, nəticə etibarilə tarixi ədalətin tezliklə bərpa olunmasıdır. Onun sözlərinə görə, hazırda milyonlarla Qərbi azərbaycanlının əsas niyyəti dinc yolla, ləyaqətli şəkildə vətənə qayıtmaqdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 18-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO