Siyasi 19.09.2025 23:26

“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Dünyada Qəri azərbaycanlıların taleyi qədər ağrılı tale yoxdur” adlı veriliş Dərələyəz mahalının Paşalı rayonunun Məmərza kənd sakini İsmayıl Ağayevin həyat hekayəsinə həsr olunub.

O, 1966-cı ildə anadan olduğunu, uşaqlıq, gənclik illərini, kənd həyatını xatırladıb: “Kəndimizin gözəl təbiəti, məhsullu bağ-bağçaları olub. Məmərza bağları Dərələyəzdə çox məşhur olub. Arpa çayında qızıl  balıq tutmuşuq. İnsanların dolanışığı ancaq və ancaq balıq tutmaqla, meyvə yığmaqla, kənd təsərrüfatı ilə bağlı olub”.

Onun sözlərinə görə, insanlar min illərlə bu ərazilərdə yaşayıblar: “Kəndimiz azərbaycanlılardan ibarət olub. Ermənilər qoçaq adamlarımızı müxtəlif formalarda kənddən uzaqlaşdırıblar. Nənəm həmişə deyərdi ki, bu gavırlar, yəni ermənilər bizi yerimizdən sürgün ediblər. Nənəmgil Şuşaya gedib, orada vəziyyət  qarışandan sonra Ərdəbilə qaçıblar. Orada 20 il yaşayıblar. Sovet hakimiyyəti qurulandan sonra yenidən Şuşaya, oradan da Dərələyəzə qayıdıblar. Məmərza kəndini elmənilər tamamilə viran qoyduquna görə adamlar Terp kəndinə yığılıblar. 1948-1953-cü illərdə növbəti deportasiyada  2-ci dəfə Bərdənin Qaradəmirçi kəndinə deportasiya edilib 1955-1960-cı illər arasında yenidən kəndə qayıdıblar. 1988-ci ildə biz sonuncu dəfə qovulduq. Biz 3 dəfə – 1905-1920, 1948-1953 və 1988-ci ildə deportasiyaya məruz qalmışıq. Rayonlararası olimpiadalara, futbol yarışlarına gedəndə həmişə erməni müəllimlərin, polisin basqılarını görmüşük”.

Məmərza kənd sakini vurğulayıb ki, kəndimizdə erməni yox idi, amma  sovxoz direktoru erməni təyin edilirdi: “Bizə orada iş vermirdilər və  savadlı adamlar Ermənistanı tərk edirdi. 1988-ci ildə bu hadisələr baş verəndə atam  kənddə anbardar işləyirdi. Atama ermənilər deyib ki, buranı tərk etməlisiniz. Ermənilər gəlib səsucaldıcı ilə deyirdilər ki, sizi öldürəcəyik. Rayona gedən adamların üstünə silah çəkirdilər. Camaat evini tərk edib Şuşaya, Quşçulara, Malbəyli kəndlərinə, Bakıya gəldi. Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu”.

Torpaq, Vətən itkisinin, həsrətinin ağır olduğunu deyən İ.Ağayev deyib: “Həmişə dağlara baxanda düşünmüşəm, görəsən, biz torpağımıza nə vaxt qayıdacağıq. Bu həsrət həmişə bizim içimizdədir. Biz üç dəfə deportasiyaya məruz qalmışıq, amma hər dəfə torpağımıza qayıtmışıq. Mütləq yenə torpaqlarımıza qayıdacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 19.09.2025 23:26
“Sonrakı həyatımız Xocalı, Quşçular, Malbəyli faciəsi ilə bağlı oldu” - FOTO - VİDEO
Sosial / 19.09.2025 14:22
“Nənəm ermənilərə gavır deyirdi” – İsmayıl Ağayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.09.2025 23:44
Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO
Təhlil / 18.09.2025 14:22
Qərbi Azərbaycanla bağlı razılıq var – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO
Müsahibə / 16.09.2025 13:22
“Ermənistan rəhbərliyi səhvini düzəldir” – ANONS
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Sonbeşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2025 14:22
“İtmiş Vətən həsrəti” – Elmira Hüseynovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 11.09.2025 23:40
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - VİDEO
Siyasi / 11.09.2025 14:22
Paşinyanla rəqibləri dava edir – ANONS - VİDEO
Siyasi / 10.09.2025 23:35
“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO
Siyasi / 10.09.2025 14:52
“Armenizm bəşəriyyət üçün bəladır” – ANONS - VİDEO
Siyasi, Sosial / 09.09.2025 23:35
Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS - VİDEO
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO