“Ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycanın Əməkdar rəssamı Rza Afşar olub.
O, Qərbi Azərbaycanın tarixən oğuz türklərinə aid olduğunu, ata-babasının İrəvanda doğulduğunu söyləyib: “Bu şəhərin banisi azərbaycanlı Rəvanqulu xandır. Bu ərazi Ermənistan deyil, qədim Azərbaycan torpaqlarıdır. Rəvanqulu xan məscidləri, yaşayış binaları, bazarı olan bu şəhəri cəmi 7 ilə tikib”.
Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara nifrəti ana südü ilə keçir: “Beynəlxalq sərgilər zamanı ermənilər azərbaycanlı rəssamlara sanki məhəl qoymurlar. Onlar həmişə bizə yuxarıdan aşağı baxıb və “təəssüf ki, azərbaycanlısan deyiblər”. Rusiyanın əlində həmişə marionetka olan ermənilər üçün tarix boyu əlverişli şərait yaradılıb, Azərbaycanın ərazisi hesabına torpaqları süni şəkildə genişləndirilib”.
R.Afşarov bildirib ki, 1918-ci ildə İrəvanda qırğın törədilən zamanı qan su kimi axıb, babamın evi yandırılıb: “Babamın dostu olan erməni İrəvandakı qırğınlar barədə xəbərdarlıq edib ki, doğma yurd-yuvasını tərk etsinlər. Amma babam bu qədər dəhşətli qırğın olacağını ağlına belə gətirməyib. Qırğın və talanlardan əvvəl İrəvan adətən şərq şəhəri idi”.
Əməkdar rəssam vurğulayıb ki, Azərbaycan torpaqları hər tərəfdən sərhəd qonşularına paylanan yeganə dövlətdir: “Şah İsmayıldan sonra itirilmiş torpaqları işğaldan azad edən ikinci tarixi şəxsiyyət İlham Əliyevdir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş noyabrın 7-də saat 18:30-da Baku Tv-nin efirində yayımlanıb.
«Ненависть армян к азербайджанцам передается с молоком матери» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был Заслуженный Художник Азербайджана Рза Авшар.
Он сказал, что Западный Азербайджан с древних времен принадлежит тюркам-огузам, что его предки родились в Иреване: «Основателем этого города является азербайджанский Ревангулу-хан. Эта территория не является Арменией. Это древние земли Азербайджана. Ревангулу-хан за 7 лет основал этот город с его мечетями, жилыми домами и базаром.
По его словам, ненависть армян к азербайджанцам передается с молоком матери: «Во время международных выставок армяне игнорировали азербайджанских художников. Они всегда смотрели на нас свысока, говорили: «Жаль, что вы азербайджанец». На протяжении всей истории для армян, которые всегда были марионетками в руках России, создавались благоприятные условия, а их земли искусственно расширялись за счет территории Азербайджана.
Р.Авшаров рассказал, что во время резни в Ереване в 1918 году по улицам кровь лилась рекой, дома сжигались, в том числе дом его деда. Но его дед никогда не предполагал, что произойдет такой ужасный погром. До погрома и грабежей Ереван был типичным восточным городом, отметил Рза Авшар.
Заслуженный художник подчеркнул, что Азербайджан – единственная страна, земли которой были розданы всем приграничным соседям. “После шаха Исмаила Ильхам Алиев вторая историческая личность, кто освободил и вернул оккупированные земли”.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
Программа вышла 7-го ноября в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.