Siyasi 05.06.2019 15:33

Ermənilərin cəhdlərinin üzərindən xətt çəkildi – Mirzəbəyli

Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi olduqca mühüm hüquqi hadisədir. Erməni diasporunun və lobbisinin kifayət qədər güclü və təsir imkanına malik olduğu bir ölkədə belə bir hüquqi addımın atılması presedent olaraq tarixi əhəmiyyətə malikdir.

Rakus.az xəbər verir ki, bu fikirləri açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert deyib: “Düşünürəm ki, Fransa inzibati məhkəməsinin qərarını Ermənistanın, erməni diasporu və lobbisinin hüquqi müstəvidə bu ölkədəki ən böyük məğlubiyyəti kimi də qiymətləndirmək olar. Təbii ki, bu qənaətimi əsaslandıran səbəblər var: Fransada erməni vəkillərdən ibarət çox ciddi bir şəbəkə fəaliyyət göstərir. Onlardan biri qondarma soyqırımı ilə bağlı qanun layihəsinin müəllifi, Jak-Şirakın şəxsi vəkili və müşaviri, Nikola Sarkozinin vəkili və yaxın dostu, 2004-2005-ci illərdə Fransanın Sənaye naziri olmuş Patrik Devedjyandır. Patrik Devedjyan erməni diasporuna və hüquqşünaslardan ibarət şəbəkəyə rəhbərlik edən, həmçinin erməni biznes şəbəkəsinin maraqlarını qoruyan bir şəxsdir. O, Azərbaycana və Türkiyəyə nifrəti ilə seçilir. Qondarma erməni soyqırımı və işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış separatçı rejimin “qanuniləşdirilməsi” ilə bağlı prosesin fəal iştirakçılarından biri Fransa Məhkəmə Palatasının üzvü Sevak Torosyandır. Bu siyahını artırmaq olar. Amma məqsədim erməni hüquqşünaslarının təqdimatı deyil. Bu nümunələri gətirməklə ermənilərin əleyhinə məhkəmə qərarının qəbul edilməsinin nə qədər mürəkkəb və çətin bir proses olduğunu diqqətə çatdırmaq istəyirəm. Çünki Fransadakı bütün erməni şəbəkəsi inzibati məhkəmənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “xartiya”nı ləğv etməməsi üçün hərəkətə keçmişdi. Lakin məhkəmə ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi.

Qeyd etdiyim kimi, bu hadisənin ən önəmli cəhətlərindən biri də presedent yaratmasıdır. Yəni, bundan sonra da ermənilər işğal altındakı Azərbaycan ərazilərinin ayrı-ayrı subyektlərinin leqallaşdırılması istiqamətində hansısa addımlar atmaq niyyətinə düşərlərsə, o zaman Fransa inzibati məhkəməsinin qərarı təkcə bu ölkədə deyil, bütövlükdə Avropa İttifaqı məkanında hüquqi presedent kimi qəbul ediləcək. Buna Avropa Məhkəməsi haqqında müqavilə və digər hüquqi-normativ aktlar əsas verir.

Fransa inzibati məhkəməsinin qərarı bu ölkənin qanunlarına və beynəlxalq hüququn təməl prinsiplərinə əsasən qəbul edilib. Amma bununla yanaşı, bu mühüm hüquqi presedentin yaranmasında Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin rolunu, ölkəmizin israrlı mövqeyini xüsusilə qeyd etmək lazımdır.

Çünki Fransa məhkəmələrinin tarixində hətta erməni terrorçularına törətdikləri əməllərinə adekvat olmayan cəzalarla bağlı presedentlər də var. Bu sırada terrorçu, hərbi cinayətkar Monte Melkonyanın işi ilə bağlı presedent də var. Patrik Devedjyanın müdafiə etdiyi Melkonyan cəmi 6 illik həbs cəzasına məhkum edilmişdi və 4 il sonra vaxtından əvvəl azad edilmişdi”. (AZƏRTAC)

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO