Müsahibə 08.09.2025 23:54

“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi tarixçi Şahlar Hacıyev olub.

O, Qərbi Azərbaycanın Göyçə mahalından söhbət açıb. Bildirib ki, Göyçə mahalı 1988-ci ilə kimi azərbaycanlıların kompakt yaşadığı ərazi olub. Göyçə mahalı tarixi mənbələrdə adı dəfələrlə qeyd edilən Göyçə gölünün sahilləri boyu geniş ərazini əhatə edir. Bu coğrafi ərazi tarixən türk tayfalarının yaşayış məskəni olub. Hətta Urartu mənbələrində belə, Göyçənin adı çəkilir.

Tarixçinin sözlərinə görə, Oğuz türklərinin əcdadı sayılan Oğuz xanın məzarının Göyçə gölü ətrafında olması da bu qədim yurdun əzəli sakinlərinin kimliyindən xəbər verir. Bəzi tarixi mənbələrdə isə Göyçə müqəddəs insanların məkanı kimi təqdim olunur.

Ş.Hacıyev Göyçədə xristian türklərə aid çoxsaylı abidələrin olmasına diqqət çəkib. Deyib ki, ərazidə xaç daşların, alban kilsələrinin sayı-hesabı yoxdur. Amma bu abidələri indiki ermənilərlə heç cür əlaqələndirmək olmaz. Tarixçinin qənaətincə, hətta ermənilərin bu gün iddia etdiyi Kilikiya Məlikliyini də vaxtilə xristian türklər yaradıb.

Tarixçi vurğulayıb ki, bir neçə millətin qarışığından əmələ gələn ermənilər hazırda bu tarixə, abidələrə, mədəniyyətə sahib çıxmağa, ən müxtəlif vasitələrlə onları özününküləşdirməyə, saxtalaşdırmağa çalışırlar. Halbuki hayların XIX əsrə qədər tarixi, mədəniyyəti olmayıb. Bu etnik qrupa uydurma tarixi, süni dövləti ingilislər və ruslar yaradıblar. Göyçə gölü ətrafında arxeoloji qazıntılar zamanı üzə çıxan Ərtaşın sınır daşları üzərindəki tarixi yazılar bir daha sübut edir ki, bu torpaqların, ümumiyyyətlə Ərməniyyə deyilən ərazinin indiki ermənilərə aidiyyəti yoxdur.

Ş.Hacıyev sonda ermənilərin Azərbaycan türklərinə qarşı dəyişməyən münasibətinə toxunub. Qeyd edib ki, ermənilər tarix boyu, elə indinin özündə də uşaqlarını türklərə qarşı nifrətlə böyüdür, beyinlərini zəhərləyirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə sentyabrın 8-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO
Təhlil / 04.09.2025 22:29
Paşinyan azərbaycanlıların qayıdacağı “yeni Ermənistanı” qurmalıdır - VİDEO
Siyasi / 04.09.2025 14:36
Paşinyan İrəvanı təhvil verir? – ANONS - VİDEO
Hərbi / 04.09.2025 11:34
Zəfər müjdəli Vətən müharibəsi: Dövlətçilik tariximizin dönüş nöqtəsi – MƏQALƏ
Mədəni, Siyasi / 03.09.2025 23:39
İrəvanda Azərbaycan diplomatlarının ağlasığmaz fəaliyyəti  - VİDEO
Siyasi / 03.09.2025 14:38
İrəvanda müsəlman mübarizəsi – ANONS
Siyasi, Sosial / 02.09.2025 23:16
Aşağı Novruzlu, Aşağı Pirtikan, Aşağı Talin toponimi – türk tarixinin izi - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 18:33
“Ermənistan öz xalqının təbiətinə zidd olan dövlətdir” - FOTO - VİDEO
Sosial / 02.09.2025 14:12
XIX əsri yaşadan kənd – ANONS  - VİDEO
İqtisadi, Müsahibə / 02.09.2025 13:46
Azərbaycanın qlobal iqtisadiyyatda böyük rolu – ANONS
Hərbi, Mətbuat / 11.08.2025 17:16
“Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı Naxçıvan kitabxanalarına paylanılıb - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.07.2025 22:51
Ermənistan İrana, Rusiyaya, eləcə də Avropadakı müttəfiqi Fransaya “pas” atır - VİDEO
Təhlil / 31.07.2025 14:47
Paşinyanın pərdəarxası oyunu – ANONS - VİDEO
Elm və təhsil, Mədəni / 30.07.2025 23:57
“Azərbaycanlı nazir Parisə getmək üçün istefa verdi” - VİDEO
Elm və təhsil, Gündəm, Hərbi / 30.07.2025 16:09
Mətbuat Şurasında “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı – TAM MƏTN - FOTO - VİDEO
Elm və təhsil / 30.07.2025 14:50
SSRİ-ni qorxudan irəvanlı filosof – ANONS - VİDEO
Siyasi, Sosial / 29.07.2025 23:30
Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar, Aşağı Necili – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 18:36
“İrəvanda azərbaycanlıların evləri xəstəxana edilib” - FOTO - VİDEO
Sosial / 29.07.2025 14:22
Xaricdən gələn ermənilərin özəlləşdirdiyi türk məkanı – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 29.07.2025 13:37
“Qəmərli kəndi babamın soyadını daşıyır” – ANONS - VİDEO
Müsahibə, Mətbuat / 28.07.2025 23:27
“Qərbi azərbaycanlıların deportasiyasını dilə gətirmədən Qarabağdakı faciələri izah etmək mümkün deyil” - VİDEO
Elm və təhsil, Mədəni / 26.07.2025 23:26
“Gəlinin evə girişi – qədim türklərdə mistik mərasim” - VİDEO
Siyasi, Sosial / 25.07.2025 21:51
“Deportasiya cücərtilərini 1986-cı ildən hiss edirdik” - FOTO - VİDEO