Siyasi 23.08.2023 19:40

İrandan köçürülən 200 erməni hara yerləşdirildi?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə ermənilərin məkrli siyasətinə, ərazi inzibati dəyişikliklərinə məruz qalan  tarixi ərazimiz – Vedibasar mahalı haqqında süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” adlı süjetdə ermənilərin XX əsrin 1-ci və 2-ci yarısında Azərbaycan türklərini öz doğma yurdlarından didərgin salmaq üçün havadarlarının əli ilə özlərinin çirkin niyyətlərini həyata keçirdikləri bildirilir.

Qeyd olunur ki, XIV-XIX əsrlərdə inzibati ərazi kimi göstərilən Vedi mahalı İrəvan xanlığının tərkibinə daxil olub: “1590-ci ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Vedi nahiyəsində 57 kənd, 1728-ci ildə 31, 1828-ci ildə isə Vedibasar mahalında 21 kənd mövcud olub: “1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Osmanlı müharibələri nəticəsində mahalın 54 kəndindən 33-ü dağıdılaraq viran qoyulub. 1828-ci ildən etibarən Vedi çar Rusiyasını işğalı altına keçib və bura 1830-cu illərdə İrandan 500 erməni köçürülüb”.

Diqqətə çatdırılır ki, etnik baxımdan bu yerlərin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub: “1918-ci ildə Vedi Ermənistanın tərkibinə daxil edilib. 1918-1920-ci illərdə Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan, eləcə də Suriya, İraq, Livandan bura ermənilər köçürülüb. Burada 1922-ci ildə 1504 azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1545 azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1254  azərbaycanlı, 214 erməni yaşayıb. 1972-ci ildə burada ümumi 5 624  azərbaycanlı və erməni yaşayıb. 1988-ci ilin noyabr ayında azərbaycanlılar məcburən deportasiya edildikdən sonra burada yalnız ermənilər yaşayırlar”.

Verilişdə mahalın ərazisinin Ermənistan, Azərbaycan və Türkiyə arasında bölüşdürüldüyü vurğulanır, hazırda Vedinin 17 kəndindən köçmüş insanların Azərbaycanın müxtəlif  bölgələrində, həmçinin İğdırın Taşburun kəndində yaşadıqları, doğma yurd-yuvalarına qayıdışı səbirsizliklə gözlədikləri də vurğulanır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında avqustun 23-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

 

XƏBƏR LENTİ
Siyasi / 23.08.2023 19:40
İrandan köçürülən 200 erməni hara yerləşdirildi?
Siyasi, Sosial / 23.08.2023 14:01
“Ərazisi üç dövlət arasında bölüşdürülən mahal” – ANONS - VİDEO
Gündəm, Maraqlı / 22.08.2023 21:43
Erməni yazıçı azərbaycanlılara qarşı törədilən cinayətləri üzə çıxardı - FOTO - VİDEO
Maraqlı, Mədəni / 19.08.2023 19:45
Ermənilərin Urartu yalanının ifşası - FOTO
Gündəm, Sosial / 18.08.2023 19:58
Daşnak şovinistliyi – Nərimanlı müəllimlərin etirazı - FOTO - VİDEO
Sosial / 18.08.2023 13:11
“15 ailə bir yük maşınında kənddən zorla çıxarıldı” – ANONS - VİDEO
Mədəni / 18.08.2023 10:01
ASKEF-in Balkan turu – 5-ci yazı - FOTO
Siyasi / 17.08.2023 19:38
Azərbaycan-Ermənistan normallaşma prosesinə kimlər mane olur? - FOTO - VİDEO
Siyasi, Təhlil / 17.08.2023 13:49
Qloballaşan BMT dünyası – “ağlaşma” üsulu ilə yürüdülən siyasət - FOTO
Gündəm, Siyasi / 17.08.2023 12:20
Paşinyanın ikibaşlı oyunu – Rusiyanın şantaj planı – ANONS
Siyasi, Sosial / 16.08.2023 19:42
27 kəndi rus işğalı zamanı dağıdılan mahal - FOTO - VİDEO
Hadisə, Sosial / 16.08.2023 13:19
Xain xəyanəti – izi itirilən Talın mahalı – ANONS - VİDEO
Mədəni, Sosial / 16.08.2023 11:25
ASKEF-in Balkan turu – 4-cü yazı - FOTO
Hadisə / 15.08.2023 19:58
Njdenin Amağu qətliamı – 2 mindən çox azərbaycanlının ölüm sirri - FOTO - VİDEO
Gündəm / 14.08.2023 20:00
“Qərbi azərbaycanlıların geri dönüşü erməniləri rəzillikdən xilas edəcək”
Gündəm, Siyasi, Təhlil / 14.08.2023 16:00
İqnatius və Vardanyanın türklərə qarşı qərəzli və kinli niyyəti – TƏHLİL
Müsahibə / 14.08.2023 10:29
“Gənclərimiz tarixi torpaqlarımıza dönmək arzusu ilə yaşayırlar” – ANONS
Hərbi / 12.08.2023 21:07
Ermənilərə 83 il müqavimət göstərən Şidli - FOTO - VİDEO
Sosial, Video müsahibə / 11.08.2023 19:50
“Qayıdış baş tutacaq, gedib evimizdə yaşayacağıq” - FOTO - VİDEO
Müsahibə / 11.08.2023 12:43
“Kəndimizdən ayrı dura bilmirəm” – Natiq Vəliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 10.08.2023 19:39
Paşinyan Qərbi azərbaycanlılarla bağlı məsələni niyə inkar edir? - VİDEO
Dünya, Siyasi / 10.08.2023 14:47
İrəvanda Qərbi azərbaycanlıların qayıdışı səslənir – ANONS
Təhlil / 10.08.2023 14:32
Tehran rejimi – idmançıların qaçıb getdiyi – ölkə – TƏHLİL
Maraqlı / 09.08.2023 19:42
Çar Rusiyasının Şörəyel sultanlığında erməniləşdirmə planı - FOTO - VİDEO
Hadisə, Maraqlı / 09.08.2023 13:06
Çar Rusiyası Şörəyel mahalını necə işğal edib? – ANONS - VİDEO
Siyasi, Video müsahibə / 08.08.2023 20:00
Gənc erməni bloqçunun etirafı - FOTO - VİDEO