Siyasi 21.11.2025 23:38

“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər 1988-ci ildə işi buraxıb nümayişə gedirdilər” adlı veriliş Zəngəzur mahalının, Meğri şəhər sakini Elmira Hümbətovanın həyat hekayəsinə həsr olunub.

O, 1955-ci ildə doğulduğunu, orta məktəbdə 30 şagirdin içində tək azərbaycanlı olduğunu deyib: “Sinif yoldaşlarımla ekskursiyalara, yaylaqlara getmişik, oynamışıq. 7-ci sinifdə oxuyanda Lehvaz kəndindən bir oğlan sinfimizə gəlmişdi. O, dərs vaxtı məni təhqir edib lüğətimi cırdı. Erməni müəllim onun qulağından tutub məktəbdən qovdu. Biz erməni içində yaşasaq da milli bayramlarımızı unutmadıq. Çərşənbə, Novruz bayramında emənilər bizdən daha çox sevinirdilər. Uşaqlar torba atır, Meğrinin hündür dağlarına çıxıb tonqal qalayırdılar. Orada bizim Xəlvərdərə, Kiçik məhlə, Daşlı yoxuş küçələrimiz var idi”.

Onun sözlərinə görə, Konserv Zavodunda işləyəndə direktor erməni olsa da işçilərin çoxu azərbaycanlılar idi: “1988-ci ildə nümayişlər başladı, ermənilər işi qoyub nümayişə gedirdi. Biz 10 nəfər azərbaycanlı qız da Meğrinin mərkəzinə nümayişə getdik. Kəndlərdən bayraqlarla gələn ermənilər “Qarabağ bizimdir” deyirdilər. Biz də deyirdik ki, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”. Ermənilər bizə heç nə demədilər. Nümayiş bitəndən sonra iş yerinə gəldik. Sex rəhbəri bizə dedi ki, siz niyə getmişdiniz? Mən də dedim ki, biz onların nə danışdığınıə bilməi idik. Bəlkə onlar bu gecə bizi öldürəcəklər. O, erməni ola-ola erməniləri təhqir etdi və dedi ki, bizə Qarabağ erməniləri lazım deyil, Qarabağ da lazım deyil. Biz burada  mehriban işləyirik, biz sizinləyik, siz də bizimləsiniz. Meğri erməniləri bizə deyirdilər ki, heç vaxt sizə toxunmarıq. Amma qorxuruq ki, Gorus, Qafan və başqa yerlərdən gələn ermənilər sizə nəsə edərlər, bu, bizə pis təsir edər”.

Şəhər sakini noyabr ayından başlayaraq vəziyyətin dəyişdiyini söyləyib: “Ermənilər nahar vaxtı qazı söndürürdülər, yeməyimizi qızdıra bilmirdik. Yollara daş töküb bağlamışdılar. Deyirdilər ki, çıxın buradan gedin.  Kəndlərdən gələn  qocalar, qadınlar, uşaqlar dağın altında büzüşüb ağlaşırdılar. Biz çətinliklə Meğri stansiyasına gəldik. Zəngilan qatarına minib Bartaza, oradan da avtobusla Mincevan stansiyasına gəldik. Bir aydan sonra evimizi dəyişib Bakıya gəldik”.

Vətən həsrəti ilə yaşamağın çox ağır olduğunu vurğulayan E.Hümbədova 37 ildir gecələr yuxuda Meğrini gördüyünü bildirib: “Arzumdur ki, Vətənə qovuşum, əyilim o torpağı öpüm. Atamın, qardaşımın, əzizlərimin, baba-nənələrimin qəbrini ziyarət edim. Əminəm ki, biz qayıdıb yenə sülh içində yaşayacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 21-də saat 19:40-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 21.11.2025 23:38
“Yerli ermənilər bizə deyirdilər ki, Gorus, Qafan erməniləri qorxuludur” - FOTO - VİDEO
Sosial / 21.11.2025 14:22
Meğriyə qovuşub torpağımı öpəcəm – Elmira Hümbətovanın “Həyat Hekayəsi” – ANONS - FOTO
Siyasi, Təhlil / 20.11.2025 23:26
“Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır” - VİDEO
Siyasi / 20.11.2025 14:22
Ermənistan iki hissəyə bölünəcək – ANONS - VİDEO
Mədəni, Sosial / 19.11.2025 23:04
Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO
Sosial / 19.11.2025 18:25
Hümbət Hüseynov AQBMA-nın sədri seçilib
Sosial / 19.11.2025 14:35
Ermənilər Anavəngdə türk adlarını silə bilmir – ANONS - VİDEO
Sosial / 19.11.2025 11:24
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
Siyasi, Sosial / 18.11.2025 23:27
Balakənd, Bala Məzrə, Bala tüklü təpə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 18.11.2025 19:18
“Ermənistanın cəmiyyətə sülh gündəliyinin işlədiyini nümayiş etdirməsi vacibdir” - FOTO - VİDEO
Sosial / 18.11.2025 14:19
Qədim oğuz qəbiristanlığını yaşadan kənd – ANONS - VİDEO
Mətbuat / 18.11.2025 14:05
Astanada əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Siyasi / 18.11.2025 13:22
“Ermənistanla sərhədlər açılacaq” – ANONS - FOTO
Siyasi, Video müsahibə / 17.11.2025 22:34
“Rəsmi İrəvan üzdə göstərdiyi sülhpərvərliyi əməldə təsdiqləməlidir” - VİDEO
Gündəm / 17.11.2025 00:01
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - VİDEO
Hərbi / 15.11.2025 23:15
Azərbaycanda silah istehsalının erkən mərhələləri - VİDEO
Siyasi, Sosial / 14.11.2025 23:46
“Ermənini nənəm qovdu, atamı məktəb direktorluğundan çıxardılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 14.11.2025 14:22
Uşaqlıqda adını qayalara yazan Elmar Əliyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.11.2025 23:53
“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO
İdman / 13.11.2025 17:38
Telekanal və saytların 4-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Siyasi / 13.11.2025 14:47
“Ermənilərin iddiası: “Azərçay” içəcəyik” – ANONS - VİDEO
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO