Siyasi 10.10.2019 13:58

Ermənilərin “təmir işləri” tarixi saxtalaşdırmaq məqsədi daşıyır – DK

“Ermənilərin Şuşada yerləşən tarixi Yuxarı Gövhərağa məscidində təmir adı altında gördükləri işlər bizim tariximizi saxtalaşdırmaq məqsədi daşıyır”.

Rakus.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri ermənilərin Azərbaycana məxsus tarixi abidələri məqsədyönlü şəkildə dağıtdıqlarını bildirib: “Biz bunu qətiyyətlə pisləyirik. Bu, beynəlxalq miqyasda mənəvi irsin qorunması ilə bağlı qəbul edilmiş konvensiyalara, müxtəlif paktlara ziddir. Bizim komitə tərəfindən də bu mövqe açıq şəkildə bildirilib. Bizi məyus edən odur ki, ermənilərin bu mənhus fəaliyyətində bizə dost və qardaş ölkə olan İran İslam Respublikasının hansısa şirkəti də iştirak edir. Araşdırma zamanı məlum olub ki, həmin şirkətin rəhbəri Yerevanda memarlıq təhsili alıb. Bu məni də təəccübləndirir ki, Yerevanda ona nə öyrədə bilərlər? Yəqin buna öyrətdikləri elə bu kimi hərəkətlər olub. Biz bu addımı pisləmişik. Çünki İran İslam Respublikası bizə dost və qardaş ölkədir. İslam Əməkdaşlıq Təşkilatında da Ermənistanın işğalçı siyasəti qətiyyətlə pislənilib. İslam dininə aid tarixi abidələrin üzərində ermənilərin bu cür əməl törətməsi bütün islam aləmi tərəfindən pislənilməlidir. Ermənilər nə vaxtdan islam dəyərlərinə qiymət veriblər?!”.

M. Qurbanlı qeyd edib ki, ermənilər təmir adı altında Azərbaycan irsinə xələl gətirməyə çalışırlar: “Ermənilərin həm siyasi, həm hərbi, həm də mənəvi vandalizmi hər zaman özünü göstərib. Ermənilərin vandal hərəkətləri əslində insanlıq əleyhinə törədilib. Əgər tarixə fikir versək görərik ki, onlar İrəvan xanlığına məxsus tarixi abidələrimizi dağıdıblar. Bu fəaliyyətlərini işğal olunmuş ərazilərimizdə də davam etdirirlər. Ona görə də ermənilərin hansısa məscidi bərpa adı altında islama münasibətlərini göstərmək cəhdləri saxtakarlıqdan başqa bir şey deyil. Bu saxtakarlıq adı altında Azərbaycana aid abidələrin özgəninkiləşdirilməsi prosesi gedir. Onların bu vandal hərəkətlərini qətiyyətlə pisləyirik”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO