Müsahibə 08.04.2024 22:40

“Ermənistan adlı bir qurum hüquq nöqteyi-nəzərindən qeyri-qanunidir” - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov olub. O, anadan olduğu Qafan şəhərindən, uşaqlıq və yeniyetməlik illərinin keçdiyi Meğri rayonunun Aldərə kəndindən söhbət açıb.

Zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiya siyasətinə diqqət çəkən tarixçi-alim 26 yaşlı əmisi İsgəndərin daşnaklar tərəfindən öldürüldüyünü söyləyib. Bildirib ki, azərbaycanlıların kütləvi qətliamı sadəcə 1918-ci ilin mart-aprel aylarında deyil, 1920-ci ilə qədər Ermənistanda hakimiyyətdə olan daşnak hökuməti, eləcə də sonrakı illərdə onların nasizm ideologiyası ilə zəhərlənən varisləri tərəfindən davam etdirilib. Belə ki, əgər 1914-cü ildə Aldərə kəndində 1987 nəfər azərbaycanlı yaşayıbsa, 1924-cü ildə onların sayı cəmi 426 nəfər təşkil edib. Bu kəndin əzəli sakinlərinin bir qismi qətlə yetirilib, bir qismi isə ata-baba torpağını tərk etmək məcburiyyətində qalıb.

Alimin sözlərinə görə, ötən əsrin əvvəllərindən başlayaraq cərəyan edən hadisələr nəticəsində təkcə Qafan rayonunun azərbaycanlılara məxsus 70-dən artıq kəndi yer üzündən silinib. C.Bəhramov deyib ki, 1918-ci il qırğınlarında erməni quldur dəstələri ümummilli lider Heydər Əliyevin anası İzzət Əliyevanın atasını və qardaşlarını qəddarlıqla qətlə yetiriblər. Nijde və Andranikin rəhbərlik etdiyi erməni quldurları ulu öndər Heydər Əliyevin atası Əlirza Əliyevin qardaşlarını da soyqırımı cinayətlərinə məruz qoyublar.

Tarixçi-alim vurğulayıb ki, daşnak-nasist təbliğatının təsiri altında olan ermənilər sovet hakimiyyəti illərində də azərbaycanlılara çox pis münasibət göstəriblər. Onlar ümummilli lider Heydər Əliyevin yüksək vəzifələrə təyinatına, SSRİ rəhbərliyində təmsil olunmasına, eləcə də digər azərbaycanlıların mühüm postlar tutmasına dözümsüz yanaşıblar. Bütün bu düşmənçiliyin, dözümsüzlüyün nəticəsi olaraq, 1988-ci ildə Qərbi Azərbaycanın bütün rayonlarından soydaşlarımız deportasiya olunublar. Tarixçi-alim söyləyib ki, 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Milli Şurasının qəbul etdiyi qeyri-qanuni qərar Azərbaycan xalqına çox baha başa gəlib. O, irqi və dini ayrı-seçkiliyin Azərbaycan xalqının xislətinə yad olduğunu diqqətə çatdırıb.

Rəhbərlik etdiyi Qərbi Azərbaycan tarixi şöbəsinin fəaliyyətindən danışan C.Bəhramov bildirib ki, mütəxəssislər, alimlər tərəfindən mənbələrə istinad edilməklə Qərbi Azərbaycan tarixi yazılıb, soyqırımı xəritələri tərtib edilib, bölgənin mahallar üzrə xəritələri hazırlanıb, tarixi torpaqlarımızda ermənilərin dəyişdiyi yer adlarının əvvəlki adları bərpa olunub. Ermənistan adlı bir qurumun hüquq nöqteyi-nəzərindən qeyri qanuni olduğunu dilə gətirən alim vurğulayıb ki, ata-baba yurduna qayıtmaq Qərbi azərbaycanlıların təməl hüququdur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 8-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO