“F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı ICOMAM (Hərb tarixi, tədqiqatlar və silah kolleksiyaları) Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov olub.
O, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən, dünyada, o cümlədən Qafqazda gedən proseslərdə Azərbaycanın mövqeyindən, eləcə də Rusiya-Azərbaycan münasibətlərindən söz açıb.
Onun sözlərinə görə, Azərbaycan dünyada təhlükəsizliyin təmin edilməsində rolu böyükdür: “Azərbaycan və Ermənistan arasında sülh yaxındır. Çünki əməkdaşlıq olmadan region inkişaf edə bilməz. Azərbaycan yüksək nəticələr əldə etmək üçün səylərini artırır. Rusiya da Azərbaycanla problemlərin sülhlə həllinə maraqlıdır”.
Ölkəmizdə hərbi abidələrin bərpasına başlanıldığını söyləyən ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü deyib ki, bəzi qüvvələrin Azərbaycanın əldə etdiyi müsbət nəticələri gözü götürmür: “F-35 təyyarələrinin Türkiyəyə satışı ABŞ-ın iqtisadi hədəfidir . Həmçinin iki ölkənin maraqlarına uyğun hesablanmış prosesdir”.
P.Gözəlov soydaşlarımızıntəhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura qayıdışı ilə bağlı bildirib ki, tam sülhə nail olmaq üçün güclər arasında razılaşma lazımdır: “Ermənistan azərbaycanlıların geri qayıtmasına etiraz etməyəcək.”
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə oktyabrın 7-də saat 18:30-da Youtube kanalında rus dilində yayımlanıb.
xxx
«Продажа самолётов F-35 Турции — экономическая цель США» — Хроника Западного Азербайджана
Сегодня на бакинском телевидении в рамках проекта Хроника Западного Азербайджана вышел очередной выпуск на русском языке.
Гостем ведущей Эллады Сарван стал член правления Международного комитета ICOMAM (Военная история, исследования и коллекции оружия), доктор философии по истории Парвин Гёзалов.
Он рассказал о процессе нормализации отношений между Арменией и Азербайджаном, позиции Азербайджана в процессах, происходящих в мире, в том числе на Кавказе, а также о российско-азербайджанских отношениях.
По его словам, Азербайджан играет большую роль в обеспечении безопасности в мире: «Мир между Азербайджаном и Арменией близок. Потому что без сотрудничества регион не может развиваться. Азербайджан повышает планку в достижении высоких результатов. Россия также заинтересована в мирном решении проблем с Азербайджаном».
Заявив о начале реставрации военных памятников в нашей стране, член правления Международного комитета ИКОМАМ заявил, что некоторые силы не учитывают достигнутые Азербайджаном позитивные результаты: «Вопрос продажи США Турции самолётов F-35 является экономической целью официального Вашингтона, а также процессом, просчитанным в соответствии с интересами обеих стран».
Касательно безопасного возвращения наших соотечественников в Западный Азербайджан, в том числе в Западный Зангезур, П.Гёзалов заявил, что для достижения полного мира необходимо соглашение между державами: «Армения не будет против возвращения азербайджанцев».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.
Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.
Передача вышла в эфир 7 октября в 18:30 на YouTube-канале Baku TV.