Siyasi 13.11.2025 23:53

“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda azərbaycanlıların indiki Ermənistana qayıdışı ilə bağlı səsləndirdiyi fikirlərə, Qərbi Azərbaycan Konsepsiyasının sülh dövründə necə reallaşacağının perspektivlərinə yer verilir.

Bildirilir ki, azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi hədəfində heç bir dəyişiklik yoxdur: “Dövlət başçısı bildirib ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Azərbaycanlılar vətəndaşı olduqları ölkələrin idarə olunmasında və inkişafında fəal iştirak edir, vətəndaşı olduqları dövlətlərin ərazi bütövlüyünün qorunmasına mühüm töhfə verirlər. İndiki Ermənistana qayıdacaq azərbaycanlılar bu ölkəyə qarşı çıxmayacaq və ölkənin inkişafına töhfə verəcəklər”.

Qeyd olunur ki, Azərbaycan liderinin fikirlərinin Ermənistanda müzakirəsi diqqət çəkir: “Baş nazir Nikol Paşinyan bildirib ki, Azərbaycan Prezidenti bəyan edib, Çar Rusiyasının xəritələrinə baxsaq, orada “Sevan” adı yoxdur. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur. Azərbaycan tərəfi Ermənistan parlamentində niyə “Dağlıq Qarabağın bayraqlarının” asıldığını soruşur və bildirirlər ki, əgər belədirsə, biz də Sevana Göyçə deyəcəyik”.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə azərbaycanlıların tanklarla yox, maşınlarla qayıdışı məsələsini sülh prosesi olaraq qiymətləndirib.

Ermənistan müxalifəti isə iddia edir ki, Azərbaycan Prezidentinin bəyanatları və rəsmi İrəvanın mövqeyi azərbaycanlıların tezliklə qayıdacağından xəbər verir: “Azərbaycanın əsas hədəflərindən biri həm də şirin su ehtiyatlarına çıxmaqdır. “Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar. “Sevan Göyçə adlandırılacaq, daha sonra hamımız “Azərçay” içəcəyik”.

Sonda vurğulanır ki, Ermənistanda gedən müzakirələr və irəli sürülən iddialar maraqlı olsa da, reallıq dəyişməz olaraq qalır: “Qərbi Azərbaycana qayıdış reallaşacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 13-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

https://www.youtube.com/watch?v=jKAAmKgjgKA&list=PLcuvtB_dtDpy0hp2HT0sMrkZ5gm-EL-_O

 

 

 

 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 14.11.2025 14:22
Uşaqlıqda adını qayalara yazan Elmar Əliyevin “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 13.11.2025 23:53
“Sevan” gölü tezliklə Göyçə olacaq və azərbaycanlılar geri qayıdacaqlar” - VİDEO
İdman / 13.11.2025 17:38
Telekanal və saytların 4-cü Xatirə Turniri ilə bağlı SÜJETLƏRİ - VİDEO
Siyasi / 13.11.2025 14:47
“Ermənilərin iddiası: “Azərçay” içəcəyik” – ANONS - VİDEO
Elm və təhsil / 12.11.2025 23:39
“Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb” - VİDEO
Elm və təhsil / 12.11.2025 14:37
Tarixdən silinən həqiqətlər – ANONS - VİDEO
İdman / 12.11.2025 09:22
Minifutbol Turnirinin FİNAL oyunu – yaddaqalan anlar və kadrlar - FOTO
Gündəm / 12.11.2025 01:02
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
Siyasi, Sosial / 11.11.2025 21:54
Bayraməli qışlağı, Baytar, Bakər, Bala Zağa – türk tarixinin izi - VİDEO
Müsahibə / 11.11.2025 18:52
“Sovet imperiya siyasəti Azərbaycan və Ermənistan arasında münaqişəyə səbəb oldu” - VİDEO
Siyasi, Sosial / 11.11.2025 14:42
Türk yurdu niyə Hovtun oldu? – ANONS - VİDEO
İdman / 11.11.2025 14:06
Şəhid Jurnalistlərin Xatirəsinə 4-cü Ənənəvi Minifutbol Turniri başa çatıb - FOTO - VİDEO
Siyasi / 11.11.2025 13:22
Qafqazda sovetləşmədən imtina siyasəti – ANONS - VİDEO
Mədəni / 11.11.2025 10:51
Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO
İdman / 09.11.2025 10:38
Şəhid Jurnalistlərin Xatirə Turnirində kuboku “AzTV” qazanıb - FOTO
Hərbi / 08.11.2025 23:21
Azərbaycanın qədim silahları və süvarilik mədəniyyəti - VİDEO
Gündəm / 08.11.2025 01:02
Azərbaycanda Zəfər Günüdür
Siyasi, Sosial / 07.11.2025 23:03
“Qarabağdan gələn ermənlər kəndlərdə evləri yandırırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 07.11.2025 14:22
Anasını İrəvan xəstəxanasından qaçıran Zeynal Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 07.11.2025 09:22
Xatirə Turnirinin FİNAL oyunu – kim çempion olacaq?
Siyasi, Təhlil / 06.11.2025 23:38
Ermənistan azərbaycanlıların qayıdışına hazırlaşır? - VİDEO
Siyasi / 06.11.2025 14:22
Ermənilər niyə sərhəd kəndlərini tərk edir? – ANONS - VİDEO
Elm və təhsil / 05.11.2025 23:43
“Qorq Aslanın Şuşanikin qəbrini açdırması ilə Qafqazda yeni dövlətçilik mərhələsi başladı” - VİDEO
Siyasi, Sosial / 05.11.2025 16:09
Hümbət Hüseynov: “ELDA-nın məqsədi vətəndaş iştirakını dayanıqlı prosesə çevirməkdir”
Elm və təhsil / 05.11.2025 14:31
“Hayların saxtalaşdırdığı Şuşanik dastanı” – ANONS - VİDEO
Siyasi, Sosial / 04.11.2025 23:09
Bayburd, Bəydağ, Baydarçay – türk tarixinin izi - VİDEO