“Niyə Azərbaycan ermənilərin təhlükəsizliyini təmin edir, amma azərbaycanlıların təhlükəsizliyini Ermənistan təmin etmir?” ” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Almaniyada yaşayan iş adamı, elektrik mühəndisi Zabit Abdullayev olub.
O, bu gün aktual xarakter daşıyan Qərbi Azərbaycan mövzusunun o bölgədən olan insanları ciddi maraqlandırdığını deyib: “Mən əslən Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndindən, yəni Çəmbərək rayonundanam. Başqa azərbaycanlı ailələri kimi, biz də deportasiyaya, məcburi köçürülməyə məruz qalmışıq. Biz Qərbi Azərbaycandan qovulanda ermənilər hələ də Bakıda yaşayırdılar. Azərbaycan ermənilərin təhlükəsizliyini həmişə təmin edib, amma Ermənistan azərbaycanlıların təhlükəsizliyini təmin etmir. Ermənistan dövləti həmişə diaspora tərəfindən idarə olunur”.
Onun sözlərinə görə, o dövrdə Vətənsiz, bayraqsız qalıb Almaniyaya gedib və hazırda Almaniyada yaşayır: “Bundan əvvəl Rusiyada, Qazaxıstanda müxtəlif vəzifələrdə çalışmışam. Bu ölkələrdə ermənilərlə ünsiyyətim olub, onların xarakterinə yaxşı bələdəm. Onların bizə qarşı məkrliyi, uydurmaları həmişə olub. Ermənilərin Qafqza aidiyyəti yoxdur. Alman tədqiqatçısı “Qafqaz xalqları” kitabında ermənilərin adını belə çəkmir. Əsrlərlə dayanmış albanlara, türklərə məxsus qəbir daşları ermənilər tərəfindən dağıdılıb”.
Z.Abdullayev Almaniyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyindən danışıb, dünyada və Qafqaz bölgəsində ictimai-siyasi gərginliyin iqtisadi münasibətlərə təsir göstərdiyini diqqətə çatdırıb: “Almaniyada Ermənistana Azərbaycandan daha yaxşı münasibət göstərilir. Rəsmi Berlin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında, Zəngəzur dəhlizinin açılımasında maraqlıdır. Zəngəzur dəhlizinin açılması ümumilikdə Avropa üçün önəm daşıyır. Dünyada və Qafqazdakı gərgin vəziyyət iqtisadi münasibətlərə mənfi təsir edir”.
O sonda Qərbi Azərbaycan məsələsinin Almaniyada müxtəlif platformalarda müzakirəsinə ehtiyac olduğunu, 36 ildir Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlıların qayıdışın mütləq baş verəcəyinə inandığını vurğulayıb: “Qayıdış bizim təbii hüququmuzdur və Qərbi Azərbaycanda neçə minilik tarixi köklərimiz var”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə sentyabrın 24-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.
xxx
«Почему Азербайджан может обеспечивать безопасность армян, а Армения не может обеспечить безопасность азербайджанцев?» – Хроника Западного Азербайджана
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был Забит Абдуллаев – инженер-электрик, бизнесмен, проживающий в Германии.
Он отметил, что тема Западного Азербайджана, которая носит сегодня актуальный характер, вызывает серьезный интерес у жителей этого региона: «Я родом из села Амирхейр в долине Гарагоюнлу, то есть из Чамбаракского района. Как и другие азербайджанские семьи, мы подверглись депортации и принудительному переселению. Когда нас изгнали из Западного Азербайджана, армяне еще жили в Баку. Азербайджан всегда обеспечивал безопасность армян, но Армения не обеспечивает безопасность азербайджанцев. Армянским государством всегда управляет диаспора».
По его словам, тогда он, оставшись без страны, без флага уехал в Германию и сейчас проживает там: “До этого я работал на разных должностях в России и Казахстане. Я общался с армянами в этих странах, хорошо знаком с их характером. У них всегда были исторические выдумки против нас. Армяне не принадлежат Кавказу. Немецкий исследователь даже не упоминает армян в своей книге «Народы Кавказа». Стоявшие веками надгробия албанцев и турок были уничтожены армянами.
З.Абдуллаев рассказал о позиции Германии относительно нормализации армяно-азербайджанских отношений и открытия Зангезурского коридора. Официальный Берлин заинтересован в нормализации отношений между Баку и Иреваном и открытии Зангезурского коридора. Открытие Зангезурского коридора важно для Европы в целом. Напряженная ситуация в мире и на Кавказе негативно влияет на экономические отношения.
В завершение он подчеркнул необходимость обсуждения вопроса Западного Азербайджана на различных площадках в Германии и выразил уверенность, что возвращение западных азербайджанцев, которые 36 лет тосковали по своей родине, обязательно произойдет: «Возвращение – это наше естественное право, и у нас тысячи исторических корней в Западном Азербайджане».
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество», – по его мнению, он продвигает задачи, вытекающие из «Концепции возвращения», подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 24 сентября в 18:30 на YouTube канале и в 19:30 в эфире Baku TV на русском языке.