Ermənistan millisi yarışdan qovuldu
Ermənistan təmsilçiləri Onlayn şahmat üzrə Olimpiadada skandal yaradıblar və Azərbaycanla oynamayacaqlar.
Rakus.az xəbər verir ki, hazırda turnirin 1/4 final mərhələsi çərçivəsində davam edən oyunda Azərbaycan millisi Polşa ilə qarşılaşır.
Mümkün qələbə sayəsində millimiz Hindistan – Ermənistan cütünün qalibi ilə qarşılaşmalı idi. Ancaq sözügedən mübarizə skandalla yekunlaşıb.
Oyunun gedişatında erməni şahmatçılardan birinin interneti kəsilib və yekunda Ermənistan 2.5:3.5 hesabı ilə uduzub. Ermənistan tərəfi qarşılaşmanın yenidən keçirilməsini tələb etsə də, FİDE buna etiraz edib.
Etirazların davamında Ermənistan millisi yarışdan uaqlaşdırılıb və onlara 0:6 hesablı texniki məğlubiyyət verilib.
Beləliklə, əgər bu gün Azərbaycan millisi Polşaya qalib gəlsə, sabah yarımfinalda Hindistanla üz-üzə gələcək.