Siyasi 18.09.2025 23:44

Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. 

Rakus.az xəbər verir ki, “Delimitasiya Tavuşdan Zəngəzura keçdi” adlı süjetdə   Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra yekun müqavilənin nə vaxt imzalanacağı sualları ilə bağlı aparılan müzakirələrdən bəhs olunur.

Bildirilir ki, Ermənistanda gələn il Konstitusiyanı dəyişdirmək məqsədilə referendum keçiriləcək və bu addımdan dərhal sonra yekun müqavilə imzalanacaq. Beləliklə, Azərbaycan və Ermənistan arasında məhz erməni millətçilərinin əməlləri ilə başlanan münaqişə nəhayət rəsmi şəkildə sona çatacaq və Cənubi Qafqaza nəhayət sülh dövrü gələcək. Zəngəzur dəhlizi də daxil olmaqla regional kommunikasiya bərpa olunacaq və regionun inkişaf perspektivləri güclənəcək. Bakı və İrəvan arasında sülh prosesi bir sıra humanitar problemlərin həll edilməsinin, xüsusilə azərbaycanlı qaçqınların öz doğma yurdlarına qayıdışı prosesinin önünü açacaq.

Qeyd olunur ki, Ermənistan hakimiyyəti hərbi xidmət müddətini azaltmaq niyyətindədir. Layihəyə əsasən Ermənistan ordusunda canlı qüvvənin sayı 5 min azalacaq. “Hraparak” nəşri, parlamentin “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan tərəfindən atılan iddiaya görə,  orduda xidmət müddətinin azaldılması Bakının, birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir. Hökumətin ordu ilə bağlı qərarı üç problemin eyni anda həll edilməsi məqsədi daşıyır.

Diqqətə çatdırılır ki, Ermənistanda əsas müzakirə mövzularından biri də Zəngəzur dəhlizi, delimitasiya ilə bağlıdır.
Türkoloq Varujan Qeqamyan, şərhçi Arman Abovyan, Respublika Partiyasının üzvü Eduard Şarmazanov iddia edirlər ki, Zəngəzur dəhlizi ilə Azərbaycan Qərbi Azərbaycan adlandırdığı ərazilərə giriş əldə edəcək, daha sonra bu ərazilər nəzarətə götürüləcək. Delimitasiya Tavuşdan Zəngəzura keçdi. Azərbaycanlılar Bakının de-fakto nəzarət edəcəyi Qərbi Azərbaycana qayıdacaqlar. Ermənistanın Qərbi Azərbaycana çevrilməsi məsələsində Qərb və Türkiyə razılaşıb.

Sonda vurğulanır ki, Zəngəzur dəhlizi də açılacaq, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış da baş tutacaq və hazırda baş verənlər bizi addım-addım Zəngəzura  yaxınlaşdırır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında sentyabrın 18-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 18.09.2025 23:44
Ermənistan ordusu ixtisar edilir: addım-addım Zəngəzura doğru - VİDEO
Təhlil / 18.09.2025 14:22
Qərbi Azərbaycanla bağlı razılıq var – ANONS - VİDEO
Elm və təhsil, Siyasi / 17.09.2025 23:36
“Erməniləri qorumaq üçün Rusiyanın müdaxilə imkanları yarandı” - VİDEO
Siyasi / 17.09.2025 14:22
“Urartu dövləti ermənilərə aid deyil” – ANONS - VİDEO
Siyasi, Sosial / 16.09.2025 23:50
Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 16.09.2025 18:29
“NATO nəzəri olaraq Rusiyaya qarşı hərəkətə keçə bilər” - VİDEO
Sosial / 16.09.2025 14:45
“Adı qədim xəritəyə yazılan məkan” – ANONS - VİDEO
Müsahibə / 16.09.2025 13:22
“Ermənistan rəhbərliyi səhvini düzəldir” – ANONS
Müsahibə / 15.09.2025 23:57
“Şəki kəndinin adı Sak tayfasının adı ilə bağlıdır” - VİDEO
Elm və təhsil / 15.09.2025 15:15
Sonbeşiyin yaratdığı sevinc – Pəricanın ilk məktəb günlüyü - FOTO
Mədəni / 13.09.2025 22:02
“Torpağa qayıdan xalq mətbəxini də geri gətirir” - VİDEO
Siyasi, Sosial / 12.09.2025 21:42
“Amağuya 20 maşın erməni saqqallıları dolmuşdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 12.09.2025 14:22
“İtmiş Vətən həsrəti” – Elmira Hüseynovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi / 11.09.2025 23:40
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi asanlaşdı - VİDEO
Siyasi / 11.09.2025 14:22
Paşinyanla rəqibləri dava edir – ANONS - VİDEO
Siyasi / 10.09.2025 23:35
“Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi” - VİDEO
Siyasi / 10.09.2025 14:52
“Armenizm bəşəriyyət üçün bəladır” – ANONS - VİDEO
Siyasi, Sosial / 09.09.2025 23:35
Aşağı Türkmənli, Aşağı Xatınarx, Aşağı Xotanan, Aşağı Hunud, Aşağı Çanaxçı – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 09.09.2025 18:38
“Xankəndidə XİN binasının sökülməsi – torpaqlarımızda separatizmin izlərinin məhv edilməsi deməkdir” - VİDEO
Təhlil / 09.09.2025 16:45
Xamənei niyə Pezeşkianı himayəsinə alır? – TƏHLİL
Sosial / 09.09.2025 14:22
Adı Musagyuğ edilən türk məskəni – ANONS - VİDEO
Siyasi / 09.09.2025 13:18
“Paşinyan Rusiyanın təsirindən qurtulmağa çalışır” – ANONS
Müsahibə / 08.09.2025 23:54
“Ermənilərin iddia etdiyi Kilikiya Məlikliyini xristian türklər yaradıblar” - VİDEO
Mədəni / 06.09.2025 23:39
“İrəvan xanlığının 413 unudulmuş xörəyi süfrəmizə qayıtdı” - VİDEO
Siyasi, Sosial / 05.09.2025 22:36
“Boğazımdakı əti erməni həkim qışqırda-qışqırda kəsdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 05.09.2025 14:22
“Qoşabulaq suyundan doyunca içəcəm” – Alay Quliyevin “Həyat Hekayəsi” – ANONS - FOTO