İqtisadi 13.11.2020 18:00

Ermənistan ordusunun Azərbaycana vurduğu ziyan qiymətləndirilir

Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, “Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə doqquz İşçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb.

Rakus.az xəbər verir ki, “Report” İşçi qruplarının bəziləri ilə əlaqə saxlayaraq işlərin gedişi ilə maraqlanıb.

Tərtər üzrə İşçi Qrupun rəhbəri Qubad Heydərov: “Dünəndən Tərtərdəyik. Bu rayon Ermənistanın təcavüzündən ən çox ziyan çəkmiş yerlərdəndir. Fərdi evlərə, dövlət qurumlarının binalarına böyük ziyan dəyib. Hələ ki, ilkin baxışlar keçirilir. Çalışacağıq ki, işimizi sərəncama uyğun olaraq dekabrın 10-a qədər yekunlaşdıraq. Gündəlik Nazirlər Kabinetinə hesabatlar təqdim edəcəyik. Artıq bu gündən məlumatlar toplanır. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) portal yaradacaq və həmin portalda erməni təcavüzündən ziyan dəymiş bütün rayonlarla bağlı məlumatlar yerləşdiriləcək”.

Beyləqan üzrə İşçi Qrupunun rəhbəri Samir Şahhüseynli: “Dünəndən Beyləqandayıq. Sərəncamla bağlı lazımi göstərişlər verilib və koordinasiya müəyyən edilib. 15 yerdə baxış keçirmişik. Baxış aktlarını tərtib edirik. Bizim məlumatlar aidiyyəti strukturlara veriləcək və bundan sonra ilkin varianta onlar baxacaq. Beyləqanda əsasən yaşayış yerlərinə ziyan dəyib. Hesab edirəm ki, 65-70 sayda ziyan dəymiş yerlər var”.

Tərtər və Beyləqanla yanaşı, İşçi qrupları Gəncə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Goranboy, Naftalan və Mingəçevridə də fəaliyyət göstərir.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS