“Ermənistan öz qanunvericiliyini dəyişməlidir” - VİDEO
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.
Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev olub.
O, bölgədə ictimai-siyasi gərginlik müşahidə olunduğunu, Gürcüstanda, Ermənistanda siyasi dalğalanmalar getdiyini söyləyib, Ermənistan-Azərbaycan münasibətlərində, Cənubi Qafqazda təhlükəsizliyin təminatında Qərbi Azərbaycan məsələsinin əhəmiyyətindən söz açıb və deyib ki, Cənubi Qafqazda bir çox dövlətlərin maraqları toqquşur.
Vəkil XX əsrdə azərbaycanlılar 4 dəfə deportasiyaya məruz qaldığını, bu hadisələrdə soyqırımı izlərinin olduğunu deyib, bunlara beynəlxalq miqyasda hüquqi qiymətin verilmədiyini söyləyib, Qərbi azərbaycanlılar məsələsinin Ermənistanın yeni Konstitusiyasında təsbit olunmasının zərurət olduğunu bildirib: “Deportasiya xalq üçün çətin sınaqdır. Ermənistan öz qanunvericiliyini dəyişməlidir ki, azərbaycanlılar öz vətənlərinə qayıda bilsinlər. Ermənilər Azərbaycanın dədə-baba torpaqlarına köçürülüb. Avropa Rusiyanın iştirakı ilə Ermənistan adlı dövlət yaradıb.
M.Mustafayev Qərbi azərbaycanlılar və onlarınm varislərinin hüquqlarından, onların sülh, təhlükəsiz və ləyaəqtlə geriyə qayıtması üçün hüquqi prosedurlardan və beynəlxalq mexanizmlərdən danışıb: “Soydaşlarımız qayıtdıqdan sonra onların bir daha deportasiya olunmaması üçün hüquqi cəhətdən çox işlər görülməlidir. Beynəlxalq proqramlar, təhlükəsizliklə bağlı xüsusi nəzarət mexanizmləri yaradılmalıdır. Soydaşlarımızın mülkiyyət məsələsi həllini tapmalıdır, Qayıdışı zamanı onlara yardımı ehtiva edən hüquqi-humanitar proqramlar hazırlanmalıdır. Ermənistan hakimiyyəti indi ölkədəki demoqrafik vəziyyətdən ciddi şəkildə narahatdır. Belə düşünmək olar ki, məhz buna görə onlar azərbaycanlıların doğma yurda qayıdışının təmin olunmasını yubadırlar. Əgər qovulmuş azərbaycanlıların hamısı və onların nəsilləri, varisləri geri qayıtsa, Ermənistan ərazisi tamamilə onlardan ibarət olacaq. Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməlidir. Azərbaycanın iqtisadi gücü Ermənistanı qorxudur. Ermənistan qorxur və anlayır ki, Azərbaycan əhalisi geri qayıtsa nə olacaq?!”
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü sonda Qərbi Azərbaycan İcmasının bu istiqamətdə məqsədyönlü işlər apardığını vurğulayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Müsahibə mayın 21-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.
xxx
«Армения должна поменять законодательство, чтобы азербайджанцы смогли вернуться на родину»
Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.
Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был член Президиума Коллегии Адвокатов Азербайджана Мухтар Мустафаев.
Он сообщил, что в регионе наблюдается общественно-политическая напряженность, происходят политические колебания в Грузии и Армении, также отметил важность вопроса Западного Азербайджана в армяно-азербайджанских отношениях, безопасности на Южном Кавказе и отметил, что интересы многих государств сталкиваются на Южном Кавказе.
Адвокат заявил, что в ХХ веке азербайджанцев депортировали 4 раза, в этих событиях прослеживались факты геноцида, и что им не было придано юридического значения в международном масштабе, необходимо установить вопрос об уроженцах Западного Азербайджанца в новой Конституции Армении: «Депортация – тяжелое испытание для народа. Армения должна изменить свое законодательство, чтобы азербайджанцы могли вернуться на родину. Армяне были переселены на исконные земли Азербайджана. Европа создала государство под названием Армения при участии России.»
М.Мустафаев рассказал о правах западных азербайджанцев и их наследников, юридических процедурах и международных механизмах их мирного, безопасного и достойного возвращения: «После возвращения наших соотечественников необходимо провести большую юридическую работу, чтобы не допустить их повторной депортации. Должны быть созданы международные программы, специальные механизмы контроля безопасности. Должен быть решен имущественный вопрос наших соотечественников, подготовлены правовые и гуманитарные программы помощи им во время их возвращения. Власти Армении сейчас всерьез обеспокоены демографической ситуацией в стране. Можно подумать, что именно поэтому они затягивают обеспечение возвращения азербайджанцев на родину. Если все изгнанные азербайджанцы, их потомки и наследники вернутся, то территория Армении будет полностью заселена ими. Армения должна возместить ущерб, причиненный Азербайджану. Экономическая мощь Азербайджана пугает Армению. Армения боится и понимает, что будет, если азербайджанское население вернется?!”
В завершение член Президиума Коллегии Адвокатов подчеркнул, что Община Западного Азербайджана ведет целенаправленную работу.
Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.
Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.
А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.
Интервью транслировалось 21 мая в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.