Müsahibə 23.04.2024 19:02

“Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir” - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov olub.

O, Ermənistanda və Azərbaycanda son ictimai-siyasi vəziyyətdən söz açıb, Qarabağ zəfərindən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının vacib olduğunu deyib: “Hazırda rəsmi İravan sülhlə bağlı proseslərə hazır deyil və bunu qəsdən uzadır. Çünki Paşinyan hökuməti ölkə daxilində bir çox tədbirləri reallaşdırmaq məcburiyyətində qalmalıdır. Lakin Ermənistanda ictimai-siyasi vəziyyət çox ağırdır. Əzas vəzifə regiona sülhün gəlməsi üçün lazım olan hər şeyi etməkdir”.

Politoloq Avropa Şurası ilə Azərbaycan əlaqələrinə toxunub, Avropa, xüsusilə Fransanın Azərbaycana qarşı bugünkü mövqeyinin perspektivdə ciddi razılaşmalara təsiri göstərməyəcəyini vurğulayıb: “Ermənistanla bağlı problem çoxdur. Qərbin tətbiq etdikləri Rusiya tərəfindən qəbul edilmir. Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir. Ermənistan hakimiyyəti təkcə xarici oyunçuların deyil, həm də daxili siyasi qüvvələrin xoşuna gəlməyə çalışır. Fransa güclə Ermənistan və Azərbaycan arasında münaqişəni yenidən qızışdırır. Lakin Ermənistanın bundan sonra kimə qarşısa döyüşməsi mümkünsüzdür”.

F.Sadıxov dünyada, Qafqazda gedən proseslərdə Azərbaycanın  tutduğu mövqeyin doğru olduğunu bildirib: “Azərbaycan 30 il ərzində pozulan beynəlxalq hüququ bərpa edib. Bu müddət ərzində beynəlxalq qətnamələrin müddəalarının icra olunmaması təəssüf doğururdu. Amma Azərbaycan suvern hüququndan istifadə edib öz ərazisini separatçılardan təmizləməyi bacardı”.

Professor beynəlxalq miqyasda erməni saxtakarlığı, Qərbi azərbaycanlıların deportasiyası, soyqırımı ilə bağlı da danışıb və bildirib ki, hazırda Qərbi azərbaycanlıların doğma yurda qayıdışı məsələsi gündəmdədir və rəsmi İrəvan Qərbi azərbaycanlıların doğma yurda qayıdışını gec-tez təmin etməlidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə aprelin 23-də saat 18:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

xxx

«Армения становится точкой соприкосновения России, Европы и США»

Сегодня по Бакинскому телевидению вышел очередной выпуск проекта «Хроника Западного Азербайджана» на русском языке.

Как сообщает Rakus.az, собеседником ведущей Эллады Сарван был профессор Западно-Каспийского университета, политолог Фикрет Садыхов.

Он рассказал об общественно-политической ситуации в Армении и Азербайджане и заявил, что после Карабахской победы важно подписать мирное соглашение между двумя странами: “В настоящее время официальный Иреван не готов к мирным процессам и сознательно затягивает их, так как правительство Пашиняна должно предпринять множество мер внутри страны. Однако общественно-политическая ситуация в Армении очень сложная. Главная задача — сделать все необходимое для установления мира в регионе».

Политолог коснулся отношений Совета Европы и Азербайджана и подчеркнул, что нынешняя позиция Европы, особенно Франции, по отношению к Азербайджану не повлияет на серьезные соглашения в будущем: ” Проблема Армении – это то, что навязывает запад, не воспринимает Россия. Поэтому Армения превращается в точку соприкосновения между Россией, Европой и США. Власти Армении стараются угодить не только иностранным игрокам, но и внутриполитическим силам. Франция с новой силой разжигает конфликт между Арменией и Азербайджаном. Однако Армения отныне не сможет не воевать с кем-либо».

Ф.Садыхов заявил, что позиция Азербайджана в процессах, происходящих в мире и на Кавказе, правильная: «Азербайджан восстановил международное право, которое нарушалось 30 лет. Вызывает сожаление тот факт, что положения международных резолюций за этот период не были выполнены. Но Азербайджан сумел воспользоваться своим суверенным правом и очистить свою территорию от сепаратистов».

Профессор также рассказал о фальсификации армян, депортации и геноциде западных азербайджанцев в международном масштабе и сообщил, что в настоящее время на повестке дня стоит вопрос возвращения западных азербайджанцев на родину, и официальный Иреван рано или поздно должен обеспечить возвращение западных азербайджанцев на свою родину.

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названия наших исторических и древних земель, а также депортации азербайджанцев армянами, топонимов, существовавших на этих территориях, но их названия были стерты, бесчисленные примеры подземной и наземной материальной культуры – древние поселения, некрополи, курганы, остатки замков, дворцов и укреплений, караван-сараи, мосты, сундуки-гробницы, хачкары, статуи лошадей и баранов, храмы, церкви, мечети, костры и очаги, и доведение до мирового сообщества фактов, подтверждающих, что данная территория является чисто огузо-тюркским поселением.

Кроме того, она призвана осветить мысли историков и исследователей о Западном Азербайджане, истории жизни депортированных людей.

А также нужно отметить слова Президента Ильхама Алиева о Западном Азербайджане: «Карта начала 20-го века еще раз показывает, что Западный Азербайджан является исторической землей Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы очень хорошо знаем, что азербайджанский народ на протяжении всей истории жил на территории нынешней Армении. Теперь главная задача состоит в том, чтобы об этом узнало и мировое сообщество”, – по его мнению, он продвигает задачи, вытекающие из “Концепции возвращения”, подготовленной сообществом Западного Азербайджана.

Интервью транслировалось 23 апреля в 18:30 в эфире Baku TV и на канале YouTube на русском языке.

XƏBƏR LENTİ
Müsahibə, Siyasi, Video müsahibə / 23.04.2024 19:02
“Ermənistan Rusiya, Avropa və ABŞ-ın təmas nöqtəsinə çevrilir” - VİDEO
Maraqlı, Sosial / 23.04.2024 13:28
Erməni araşdırmaçıların iftira və etirafları – ANONS
Müsahibə, Siyasi / 23.04.2024 13:10
Fransa Ermənistanı yenidən qızışdırır – ANONS - VİDEO
Siyasi, Təhlil / 23.04.2024 11:58
ATƏT-in büdcəsindən 19 ildir qanunsuz əməkhaqqı alan səfir – TƏHLİL
Müsahibə / 22.04.2024 22:55
“Haylar Orta Asiya ərazilərinə iddia edirlər” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi, Təhlil / 22.04.2024 16:48
İran səfirinin yersiz müdaxiləsi – ermənisayaq mövqe – TƏHLİL
Mədəni, Siyasi / 20.04.2024 22:00
“Ağbaba əhalisi qarslılarla birlikdə dövlət yaradıb” – Qərbi Azərbaycan Xronikası - VİDEO
Hadisə, Siyasi / 19.04.2024 21:38
“Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi  yandıracağıq” - FOTO - VİDEO
Maraqlı, Sosial / 19.04.2024 13:19
“Bir gün doğma yurda qayıdacağıq” – Elza Həsənovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 22:28
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - FOTO - VİDEO
Siyasi, Təhlil / 18.04.2024 13:16
Ermənistan xəritədən silinə bilər – ANONS - VİDEO
Maraqlı, Siyasi, Sosial / 17.04.2024 22:23
Qəmərli niyə Artaşat rayonu adlandırılıb? - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2024 13:13
Erməni caynağına keçən Qəmərli rayonu – ANONS
Siyasi, Təhlil / 17.04.2024 10:18
İsrail-İranın müharibəsi – “divardakı tüfəng”in tətiyi – TƏHLİL
Müsahibə / 16.04.2024 22:24
Erməni jurnalist 1988-ci ildə soyqırımı törətmiş ermənilərin etiraflarını yaydı - FOTO - VİDEO
Müsahibə, Siyasi / 16.04.2024 19:00
“Ermənistan Hindistanın yeni texnologiyanı sınaqdan keçirən laboratoriyasıdır” - VİDEO
Hadisə, Siyasi / 16.04.2024 15:45
Böyük Qarakilsə qətliamları – ANONS
Gündəm, Mətbuat / 16.04.2024 14:21
Şəhid yurnalistin məzarı ziyarət olunub - FOTO - VİDEO
Müsahibə, Siyasi, Video müsahibə / 16.04.2024 13:58
Hemşinlilər türkdür – ANONS
Mətbuat / 16.04.2024 10:14
Qırılan haqq yolçuluğu…
Gündəm, Mətbuat / 16.04.2024 00:02
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO
Müsahibə / 15.04.2024 22:41
“Azərbaycanlı kadrlara böhtan atır, şərləyir, həbs edirdilər” - FOTO - VİDEO
Hadisə, Maraqlı / 13.04.2024 22:28
“Erməni türkün toplarının qorxusundan azərbaycanlılara zərər verməyib” - FOTO - VİDEO
Sosial / 13.04.2024 11:22
“KQB sədri mənə dedi ki…” – Zahid Həsənovun “Həyat Hekayəsi” - VİDEO
Siyasi, Təhlil / 12.04.2024 22:17
Erməni mediası: “Qərb Ermənistanı müharibə mərhələsinə sürükləyir” - FOTO - VİDEO
Gündəm, Hərbi / 12.04.2024 11:22
“Müharibə başlasa, Azərbaycan üçün risklər varmı?” - VİDEO