Siyasi 16.10.2020 10:40

Ermənistana hansı sanksiyalar tətbiq edilə bilər?

“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə, Tərtərə, Bərdəyə, Mingəçevirə, Naftalana və Azərbaycanın mülki əhalinin yaşadığı digər regionlarına atdığı kaset bombaları ilə ballistik raketlər atılması Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinə (“Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər”) əsasən xüsusi sanksiyalar qəbul edilməsinə zəmin yarada bilər”.

Rakus.az oxu.az-a istinadən xəbər verir ki, bunu hüquq üzrə fəlsəfə doktoru, beynəlxalq hüquq üzrə ekspert Elgün Səfərov deyib.

Onun sözlərinə görə, bunun üçün beynəlxalq təhlükəsizliyin və sülhün qorunması məqsədilə BMT-nin Təhlükəsizlik Şurasının Cənubi Afrikaya, keçmiş Yuqoslaviyaya, İraqa, Ruandaya, Somaliyə, Syere-Lionaya, Liviyaya və digər ölkələrə qarşı qəbul edilən sanksiyaları qeyd etmək olar:

“Sanksiyalardan danışanda biz daha çox BMT-nin Nizamnaməsinin 39-51-ci maddələrini qeyd etməliyik. Həmin sanksiyalar ölkələrin, hökumətlərin və ya hərbi qüvvələrin beynəlxalq hüquq və humanitar normaları pozmasına, insanlığa qarşı cinayətlərin törədilməsinə (soyqırım) yönələn qərarların verilməsinə görə tətbiq edilir.

BMT-nin Təhlükəsizlik Şurası ədalətin bərqərar olması məqsədilə iqtisadi və diplomatik əlaqələrin pozulmasına, dəmiryol və nəqliyyat əlaqələrin dayandırılmasına, xaricdə bank hesablarının dondurulması, beynəlxalq məhkəmənin (tribunal) yaradılması və digər sanksiyaları qəbul edib.

Ümumiyyətlə, Yuqoslaviya, Ruanda və digər tribunallar BMT-nin Təhlükəsizlik Şurasının qərarı ilə yaradılaraq, məhkəmə qərarları verilib. Tribunal – beynəlxalq statusa malik olan müstəqil məhkəmə orqanıdır.
1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin, Laçının, Ağdamın mülki əhalisinə qarşı bakterioloji və zəhərli silahlardan istifadə etməsi faktı ilə bağlı dəfələrlə Azərbaycan hökuməti tərəfindən BMT-nin TŞ-yə müraciət edilib. Bu günlərdə də Gəncənin və digər rayonların mülki əhalisinə qarşı istifadə edilən kaset bombaları və raketlər beynəlxalq humanitar normalar və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyalarının müəyyənləşdirdiyi əsasları pozur”.

“Ermənistan hökumətinin və silahlı qüvvələri idarə edən şəxslərin məsuliyyətə cəlb edilməsi, Ermənistana qarşı iqtisadi və diplomatik məhdudiyyətlərin qəbul edilməsi BMT-nin TŞ-nin gündəliyində baxılması məqsədilə ətraflı hesabatlar hazırlanaraq təqdim edilə bilər.

Eyni zamanda, Avropa Şurasının Ermənistana qarşı siyasi və iqtisadi xarakterli məhdudiyyətlər qəbul etməsi mümkündür.

Hansı məhdudiyyətlərdən söhbət gedir? Nümunə üçün, Ermənistanın Avropa Şurası ölkələri ilə nəqliyyat, rabitə, maliyyə əlaqələrinin pozulması, Ermənistan hökumətinin rəhbərlərinin xarici ölkələrdə olan bank hesablarının dondurulması, Avropa Şurasının Parlament Assambleyasında iştirakının dayandırılması bu qəbildən ola bilər.

Beynəlxalq təşkilatların Ermənistana qarşı yuxarıda sadalanan qərarların qəbulu üçün Azərbaycan hökuməti tərəfindən artıq vacib dəlillər və faktlar toplanıb. Beynəlxalq hüquq prinsiplərinin, humanitar hüquq normalarının və insan hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası tərəfindən lazımi tədbirlər görülür.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərə BMT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməlidir.

Biz əminik, ki yaxın zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa ediləcək və mülki əhaliyə qarşı insanlığa qarşı cinayətlər törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Bunun üçün bütün hüquqi və siyasi əsaslar var”, – deyə E.Səfərov qeyd edib.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO