İqtisadi 17.05.2023 19:42

Ermənistanda yaşayan ermənilərlə azərbaycanlıların say fərqi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində Baku TV-də növbəti süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistanda yaşayan ermənilərlə azərbaycanlıların say fərqi” adlı süjet indiki Ermənistan adlanan ərazidə vaxtilə yaşayan azərbaycanlıların say tərkibi və deportasiyasının statistikasına həsr olunub.

Süjetdə xüsusi vurğulanır ki, istər milliyyəti, toponimi və dini-mədəni abidələri ilə sırf oğuz-türklərinə məxsus olan Qərbi Azərbaycan ərazisi Çar və sovet Rusiyası tərəfindən süni yaradılan Ermənistan adlı qondarama dövlətə verilib, daim azərbaycanlıların sayı azaldılıb.

Bildirilib ki, 1948-1953-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik torpaqlarından deportasiya edilib. 1988-1991-ci illərdə isə havadarının köməyi ilə Ermənistan dövləti tərəfindən indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlı doğma yurdundan zorla çıxarılıb. İndi Ermənistan adlanan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmayıb. Ümumilikdə, XX əsrdə 2 milyon azərbaycanlı qovulub, zaman-zaman erməni təcavüzünə məruz qalaraq, ata-baba yurdunu tərk edib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

Süjet mayın 17-də saat 19:30-da Baku TV-nin efirində, mayın 16-da saat 21:00-da isə Youtube kanalında azərbaycan və rus dilində yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Gündəm / 01.06.2023 20:35
Ermənistanı Rusiyaya qarşı qoyan səbəblər - VİDEO
Dünya, Siyasi / 01.06.2023 14:30
Üzü Kremlə olan erməni siyasətçilərinin davası – ANONS
Siyasi, Video müsahibə / 31.05.2023 20:35
Rusiya-İran müharibəsində viran qoyulan Qərbi Azərbaycan kəndləri - FOTO - VİDEO
İqtisadi / 31.05.2023 16:01
Ekspert: “Daşınmaz əmlakın sığortalanması üçün yeni elektron sistem iyunun 1-dən işə düşəcək”
Dünya, Siyasi / 31.05.2023 15:14
Parçalanan, saxtalaşdırılan Dərəçiçək mahalı – ANONS
Mətbuat / 31.05.2023 14:43
Vətən müharibəsi veteranı Səbuhi Məmmədov dünyasını dəyişib - FOTO
Siyasi / 31.05.2023 10:06
Əli Hüseynli: “Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir”
Mədəni / 30.05.2023 20:51
Göyçənin ilmələrə köçən sirləri – Qərbi Azərbaycan Xronikası - FOTO
Elm və təhsil / 30.05.2023 13:34
Ardanışın yetirmələri – İşığa, aydınlığa gedən yolda - FOTO
Dünya, Siyasi / 30.05.2023 10:26
İran -“Taliban” toqquşması – su problemi həllini tapacaqmı – TƏHLİL
Sosial, Video müsahibə / 29.05.2023 20:38
Ermənilərin qolunu qıran millət vəkili – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Siyasi / 28.05.2023 16:01
Moskva görüşü – Paşinyanın “dəhliz” dərsi alması – TƏHLİL - FOTO
Gündəm / 28.05.2023 09:00
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Siyasi, Təhlil / 27.05.2023 12:05
Qarabağın Azərbaycanın tərkib hissəsi – İrəvanın reallığı qəbul etməsi – TƏHLİL - FOTO
Maraqlı, Video müsahibə / 26.05.2023 21:07
Ailəmizin 60 faizdən çoxu erməni mənfurlarının əlində can verib - FOTO - VİDEO
Maraqlı / 26.05.2023 13:35
Ailəsi 3 dəfə deportasiya olunub, özü isə qatarda dünyay göz açıb – ANONS
Dünya, Təhlil / 26.05.2023 12:04
Ermənistanın tutduğu mövqe – Paşinyanın etirafları… – TƏHLİL
Dünya, Gündəm, Video müsahibə / 25.05.2023 21:05
Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri - FOTO - VİDEO
Siyasi / 25.05.2023 14:48
Qondarma dövlətin insanlıq suçu – ANONS
Gündəm, Sosial, Video müsahibə / 24.05.2023 20:35
Ağbaba mahalı necə parça-parça edildi? - FOTO - VİDEO
Siyasi / 24.05.2023 15:19
Qərbi Azərbaycan Xronikası – ANONS
Mədəni, Video müsahibə / 24.05.2023 11:48
Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Dünya, Təhlil / 23.05.2023 16:03
Politoloq: “Moskva görüşü Vaşinqtonda keçirilən görüşün davamı olacaq”
Gündəm, Video müsahibə / 22.05.2023 19:43
Ermənistanda zəlzələ olmasaydı azərbaycanlıları qıracaqdılar  - FOTO - VİDEO
Hərbi, Səhiyyə / 22.05.2023 15:49
Qərbi Azərbaycan Xronikası – ANONS
Hadisə, Maraqlı, Video müsahibə / 19.05.2023 19:43
Evini məcburi tərk edən hamilə qadın oğlunu qatarda dünyaya gətirib - FOTO - VİDEO